May 30, 2026-22:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan banklarında kapitalın idarə olunmasına dair tələblər sərtləşdirilib

2025:12:31 - 10:06
in İQTİSADİYYAT
A A
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 24 aprel 2020-ci il taixli qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edib.

“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, tənzimləyici qurum risklərin qiymətləndirilməsində və kapitalın adekvatlığının təmin olunmasında yanaşmanı yeniləyib. Əvvəlki redaksiyada istifadə olunan “məcmu kapital” anlayışı əsas bəndlər üzrə “bank kapitalı” anlayışı ilə əvəzlənib. Bununla yanaşı, kapitalın kifayətliliyinin qiymətləndirilməsi artıq ümumi anlayışlar əsasında deyil, kapital adekvatlığı əmsalları üzrə aparılacaq.

Belə ki, Müşahidə Şurası və İdarə Heyəti bank kapitalının bankın üzləşdiyi risklərin səviyyəsinə uyğun həcmdə, Mərkəzi Bankın müəyyən etdiyi minimum tələblərdən az olmayaraq saxlanılmasını və kapital adekvatlığı əmsallarına riayət olunmasını təmin etməlidir.

Dəyişikliklər çərçivəsində bankların kredit, bazar, əməliyyat və digər risklərinin kapitala təsiri artıq məcmu kapitalın adekvatlığı yox, kapital adekvatlığı əmsallarına potensial təsiri prizmasından qiymətləndiriləcək. Stress-testlər və digər risk qiymətləndirmə metodları da məhz bu əmsallar üzrə aparılacaq.

Eyni zamanda, bankların kapital planlaşdırması, gələcək kapital tələbatının müəyyən edilməsi, risklərə uyğun kapital strukturu və kapital mənbələrinin qiymətləndirilməsi proseslərində kapitalın keyfiyyəti və normativ göstəricilərə təsiri əsas meyar kimi götürüləcək.

Banklar tərəfindən kapitalın adekvatlıq əmsalları aşağıdakı hədlərdən az olmayan səviyyədə saxlanılmalıdır:

– Əsas I dərəcəli kapitalın adekvatlıq əmsalı – Əsas I dərəcəli kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti 4,5 % olmaqla;

– I dərəcəli kapitalın adekvatlıq əmsalı – I dərəcəli kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti 6 % olmaqla;

– məcmu kapitalın adekvatlıq əmsalı – məcmu kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti 8 % olmaqla.

– Kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı istifadə edilən risk dərəcəsi üzrə ölçülmüş aktivlər kredit riski, əməliyyat riski və bazar riski üzrə ölçülmüş aktivlərin cəminə bərabərdir.

Bundan başqa, banklar müəyyən edilmiş kapitalın minimum adekvatlıq əmsalları üzrə tələbdən əlavə 2,5 % həddində konservasiya kapital buferi saxlamalıdır. Konservasiya kapital buferinin tətbiqindən sonra kapitalın adekvatlıq əmsallarının yeni hədləri aşağıdakı kimi müəyyən edilib:

– Əsas I dərəcəli kapitalın adekvatlıq əmsalı – 7 %;

– I dərəcəli kapitalın adekvatlıq əmsalı – 8,5 %;

– məcmu kapitalın adekvatlıq əmsalı – 10,5 %.

Həmçinin bank tərəfindən konservasiya kapital buferi bu Qaydaların 8-2.1-ci bəndində müəyyən edilmiş həddən aşağı düşdükdə mükafat və dividend ödənişi, o cümlədən aralıq dividend ödənişi aşağıdakı cədvəldə müəyyən edilmiş qaydada məhdudlaşdırılır:

Əvvəlki Yazı

Leyla Əliyeva Həmrəylik Günü ilə bağlı paylaşım etdi

Növbəti Yazı

Astarada şəhid və müharibə əlillərinin övladları üçün Yeni il şənliyi təşkil olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.