ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskinin və Avropa liderlərinin Ukrayna münaqişəsinin həlli ilə bağlı tələblərindən narazılığını ifadə edir və bu tələbləri “real olmayan” hesab edir, “The Atlantic” jurnalı mənbələrə istinadən yazır.
Onların fikrincə, Tramp danışıqlar prosesinə getdikcə “səbirsiz” olur və onun “diplomatik cəhdləri”nin hələ də uğurlu alınmamasından özəl olaraq narazılığını bildirir. Amerika prezidenti həmçinin hesab edir ki, Rusiya ilə münaqişəyə son qoymaq üçün “Ukrayna bəzi ərazilərin itirilməsi ehtimalı ilə barışmalıdır”.
Ağ Evin sözçüsü jurnala deyib ki, Tramp və onun milli təhlükəsizlik komandası Rusiya və Ukrayna rəsmiləri ilə əlaqə saxlamağa davam edir, lakin “bu məsələlərin daha sonra ictimai müzakirəsi milli maraqlara uyğun deyil”. (Tass)
