ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və Amerika liderinin kürəkəni Cared Kuşner Vladimir Zelenski ilə telefon danışığı aparıblar. Bu barədə Axios-un müxbiri Barak Ravid mənbələrə istinadən məlumat verib.
Onun X paylaşımına görə, “Zelenski bazar ertəsi günü Trampın elçiləri Stiv Vitkov və Cared Kuşnerlə telefon danışığı aparıb”. Jurnalist söhbətin təfərrüatlarını açıqlamayıb.
