Peruda keçirilən prezident seçkilərinin ikinci turunda səslərin 93,2%-i sayıldıqdan sonra solçu “Peru üçün Birlikdə” partiyasının namizədi Roberto Sançes liderlik edir, mühafizəkar Xalq Qüvvəsi partiyasının nümayəndəsi Keyko Fujimori isə liderliyini itirib. Bu rəqəmlər Milli Seçki Orqanının veb saytında dərc olunub.
Bunlar göstərir ki, səslərin 50.008%-i Sançesə, 49.992%-i isə Fujimoriyə verilib. Peru prezidentliyinə namizədlər arasındakı fərq 2882 səsdir. (Tass)
