İyul 28, 2026-1:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan azad edilmiş torpaqlarda tarixi yaddaşı, milli ruhu və mədəni simanı yenidən yaşadır

2026:07:27 - 17:17
in SİYASƏT
A A
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyəti sayəsində Azərbaycan Ordusu dünya hərb tarixində xüsusi yer tutacaq bir Zəfərə imza atıb. Bu qələbə təkcə Azərbaycanın deyil, gələcəkdə müxtəlif ölkələrin hərbi mütəxəssisləri tərəfindən də öyrəniləcək zəngin təcrübə nümunəsidir. Ordumuzun nümayiş etdirdiyi peşəkarlıq, müasir döyüş taktikası və şəxsi heyətin fədakarlığı uzun illər örnək kimi xatırlanacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri səsləndirib.

Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilib, ölkə qarşısında yeni və daha mühüm bir mərhələ başlanıb.

“Əgər ilk mərhələnin əsas məqsədi ərazi bütövlüyünün bərpası idisə, sonrakı mərhələ həmin torpaqların yenidən dirçəldilməsi, müasir yaşayış məkanlarına çevrilməsi və həyatın bərpası olub. Ermənistanın 30 ilə yaxın davam edən işğalı dövründə bu ərazilər sistemli şəkildə dağıdılıb, yaşayış məntəqələri ilə yanaşı, tarixi və dini abidələr, muzeylər, ev-muzeyləri, görkəmli şəxsiyyətlərin xatirəsini yaşadan məkanlar, məscidlər, hətta qəbiristanlıqlar belə vandalizmə məruz qalıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə qısa zaman ərzində geniş quruculuq proqramları həyata keçirilməyə başlanılıb. Yeni kənd və qəsəbələr salınıb, avtomobil yolları, təhsil və səhiyyə müəssisələri, mühəndis-kommunikasiya infrastrukturu yaradılıb, dağıdılmış mədəni irs nümunələrinin bərpası istiqamətində ardıcıl layihələr icra olunub və bu proses hazırda da davam edir. Bu istiqamətdə əlamətdar hadisələrdən biri Şuşada yerləşən tarix-memarlıq abidəsi – “Sadıqcanın evi”nin əsaslı bərpadan sonra yenidən istifadəyə verilməsidir. İşğal illərində Azərbaycanın görkəmli tarzəni və tar sənətinin inkişafında mühüm xidmətləri olan Mirzə Əsəd oğlu Sadıqın – Sadıqcanın ev-muzeyi də erməni vandalizminin ağır nəticələri ilə üzləşmişdi. Uzun müddət baxımsız qalan binanın dam örtüyü, döşəmələri və daş hörgüləri ciddi zədələnib, memarlıq elementlərinin bir hissəsi məhv edilib, bütün mühəndis-kommunikasiya sistemi yararsız vəziyyətə düşmüşdü. Hazırda isə tarixi memarlıq xüsusiyyətləri tam qorunmaqla bina əsaslı şəkildə bərpa olunub”, – deyə siyasi şərhçi vurğulayıb.

Nadir Azəri hesab edir ki, bu layihə yalnız bir muzey binasının bərpası kimi qiymətləndirilə bilməz. Bu, eyni zamanda Azərbaycan dövlətinin milli-mədəni irsə göstərdiyi yüksək qayğının növbəti uğurlu nəticəsidir: “Sadıqcanın ev-muzeyinin yenidən fəaliyyətə başlaması böyük sənətkarın xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, Azərbaycanın öz tarixinə, mədəni irsinə, milli kimliyinə və görkəmli şəxsiyyətlərinə sahib çıxdığını nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan layihələr göstərir ki, Azərbaycan azad edilmiş torpaqlarda təkcə yeni şəhər və kəndlər inşa etmir, həm də həmin ərazilərin tarixi yaddaşını, milli ruhunu və mədəni simasını yenidən yaşadır. Bir sözlə, Sadıqcanın ev-muzeyinin bərpası Azərbaycanın tarixi-mədəni irsinə sədaqətinin növbəti təzahürüdür”.

Siyasi şərhçinin fikrinə görə, Sadıqcanın ev-muzeyi gələcəkdə Şuşaya səfər edən xarici turistlərin ən çox üz tutacağı mədəniyyət ocaqlarından birinə çevriləcək.

Əvvəlki Yazı

Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Növbəti Yazı

Mina problemi iqtisadi inkişafın, sosial təhlükəsizliyin və regional inteqrasiyanın əsas çağırışlarından biridir 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.