İyul 2, 2026-21:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan dövləti bir daha sübut etdi ki, ədalət üçün heç bir xarici təsir qarşısında geri çəkilməyəcək ŞƏRH

2026:02:12 - 15:57
in SOSİAL
A A

Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət təkcə ərazi bütövlüyünün və tam suverenliyin bərpası ilə məhdudlaşmır. Dövlətimiz, eyni zamanda, insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına nail olmaqla tarixi və prinsipial bir mərhələni geridə qoyur. Bu proses beynəlxalq münasibətlər sistemində nadir hallarda müşahidə edilən siyasi iradə, hüquqi ardıcıllıq və milli qətiyyət nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti xalq qarşısında verdiyi vədlərə sadiqliyini praktik addımlarla təsdiqləyib. Dövlətimizin başçısı hələ müharibədən əvvəl dəfələrlə bəyan etmişdi ki, Xocalı soyqırımı və digər ağır cinayətləri törədənlər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər. Bu mövqe populist bəyanat deyil, uzunmüddətli strateji xəttin tərkib hissəsi olmaqla reallaşır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

“Azərbaycan dünya təcrübəsində nadir ölkələrdəndir ki, heç bir xarici hərbi və ya siyasi yardım olmadan həm öz ərazi bütövlüyünü bərpa edib, həm də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəməsini təmin edib. Bununla da dövlət suverenliyi formal anlayışla deyil, real siyasi güc və hüquqi iradə ilə təmin olunduğunu göstərir. Məhkəmə prosesi ilə bağlı bəzi xarici dairələrdən siyasi təzyiqlər və manipulyativ çağırışlar səslənsə də, bu cəhdlər dövlətimizin qəti və prinsipial mövqeyinə təsir göstərmir. Azərbaycan dövləti bir daha sübut etdi ki, ədalət və milli maraqlar üçün heç bir xarici təsir qarşısında geri çəkilməyəcək.

Müharibə və insanlıq əleyhinə cinayət törədən şəxslərin mühakiməsi təkcə Azərbaycanın deyil, bütövlükdə beynəlxalq ədalət anlayışının təntənəsidir. Dünya təcrübəsi göstərir ki, bir çox münaqişələr başa çatsa da, müharibə cinayətkarları illərlə, hətta onilliklərlə məsuliyyətdən kənarda qala bilir. Bu baxımdan Azərbaycanın yanaşması münaqişələrin ədalətli həlli üçün nümunəvi model kimi çıxış edir.

İkinci Dünya müharibəsi və keçmiş Yuqoslaviya üzrə məhkəmə təcrübələri sübut edir ki, müharibə cinayətkarlarının mühakiməsi mümkündür, lakin çox vaxt geniş beynəlxalq səylər, xüsusi tribunal mexanizmləri tələb edir. Azərbaycan isə bu prosesi öz milli hüquq sistemi çərçivəsində, suveren qərarlarla həyata keçirir ki, bu da presedent xarakteri daşıyır. Açıq məhkəmə prosesi ilə araşdırılan cinayət işi materiallarında səsləndirilən ifadələr və təqdim olunan sübutlar Ermənistan dövlətinin, onun rəhbər şəxslərinin və ayrı-ayrı ermənilərin Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə əsasən işğal, soyqırımı, urbisid və ekosid faktlarına görə məsuliyyət daşıyır”, – deyə Y.Hacızadə vurğulayıb.

Politoloq məhkəmədə təqdim olunan faktların Ermənistan silahlı qüvvələrinin işğalda birbaşa iştirakını, bu prosesin planlı və mərkəzləşdirilmiş şəkildə həyata keçirildiyini ortaya qoyduğunu diqqətə çatdırıb. Təqsirləndirilən şəxslərin etirafları qondarma rejimin müstəqil struktur olmadığını, birbaşa Ermənistan ordusunun tərkib hissəsi kimi fəaliyyət göstərdiyini sübut etdi. Eyni zamanda, məhkəmə prosesində yayımlanan materiallar işğal dövründə Ermənistan rəhbərliyinin, hərbi-siyasi elitasının və konkret vəzifəli şəxslərin bu cinayətlərdə bilavasitə iştirakını təsdiqləyir. Bu faktlar uzun illər aparılan dezinformasiya və məsuliyyətdən yayınma cəhdlərini hüquqi müstəvidə tam ifşa edir. Proses zamanı əldə olunan etirafların, sübutların və faktların ictimaiyyətə açıq şəkildə təqdim olunması mühüm informasiya və tarixi əhəmiyyət daşıyır. Bu, həm Azərbaycan cəmiyyətinin həqiqətləri birbaşa görməsi, həm də beynəlxalq ictimaiyyətin işğal və cinayətlər barədə obyektiv məlumat əldə etməsi baxımından strateji önəm kəsb edir.

O əlavə edib ki, müharibə və insanlıq əleyhinə cinayətləri törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərə qarşı aparılan məhkəmə prosesi Azərbaycanın güclü dövlət, prinsipial siyasi aktor və ədalətə söykənən suveren ölkə olduğunu bir daha təsdiqlədi. Bu proses təkcə keçmişlə hesablaşma deyil, gələcək üçün hüquqi və siyasi ədalət mesajıdır.

Əvvəlki Yazı

İcma nümayəndəsi: Gənclər Qərbi azərbaycanlıların başına gətirilən bəlalardan xəbərsizdir

Növbəti Yazı

Zaur Şükürov: Azərbaycan-ABŞ əlaqələri ölkəmizin regional liderliyini və beynəlxalq nüfuzunu daha da gücləndirəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.