İyun 4, 2026-0:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan dünyada beynəlxalq enerji zəncirinin vacib iştirakçılarından biri kimi çıxış edir

2026:06:03 - 16:38
in SİYASƏT
A A

Azərbaycan müstəqilliyini bərpa edərək dünya dövlətləri tərəfindən tanındıqdan sonra, öz xalqına aid təbii sərvətlərin düzgün idarə olunmasını və bölgüsünü şəffaf apararaq, dövlət maraqlarını təmin etməklə hər bir iddialı tərəfin maraqlarının təmin edilməsinə çalışıb. Belə ki,1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində imzalanmış “Əsrin Müqaviləsi” o zaman ümumilikdə dünyanın gələcək inkişafında bütün tərəflərin maraqlarını təmin etməklə bu günə qədər öz dayanıqlılığını qoruyub saxlayıb. “Əsrin Müqaviləsi”nin icrası, eyni zamanda, Azərbaycan dövlətinin dünyada tanınmasına, nüfuzunun artmasına səbəb olaraq ölkəmizi etibarlı tərəfdaşa çevirib. Müstəqilliyimizin əsaslarından olan bu müqavilə iqtisadiyyatımızın inkişafında, Vətən müharibəsində Zəfərimizin əldə edilməsində mühüm rol oynadı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyev Azərbaycanın çoxvektorlu xarici siyasətində enerji siyasətini də prioritet elan edərək, onu Azərbaycanın bütövlüyünün, regionda sabitliyin, təhlükəsiz davamlı inkişafın təmin olunmasında əsas alət kimi istifadə etməkdədir. Ölkəmizin son 20 ildə Şərq-Qərb, Şimal-Cənub birləşdirici logistik dəhlizlər üzrə çoxsaylı vacib layihələri həyata keçirməsi, eləcə də dünya siyasi arxitekturasının dəyişdiyi bir dönəmdə yeni çağırışlara əsaslanan enerji siyasətinə sadiqliyi Avropa İttifaqının, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin Azərbaycana olan marağını artırmaqdadır.

“Bu gün Azərbaycan neft müqavilələrinin uğurlu idarə edilməsi ilə yanaşı, qaz hasilatının həcmini artırmağa ildən-ilə müvəffəq olmaqdadır. Eyni zamanda, dördüncü sənaye inqilabının çağırışlarından olan alternativ enerji mənbələrinin müəyyənləşdirilməsi, yaşıl gündəliyin zənginləşdirilməsi Azərbaycanın enerji siyasətinin tərkib hissəsi kimi, gələcək layihələrin hazırlanmasında və həyata keçirilməsində mühüm rol oynayır. Belə ki, son illərdə ölkəmiz təbii enerjinin dünya dövlətlərinə çatdırılması istiqamətində mühüm nailiyyətlərə imza atıb. 20-dən çox ölkəni, 40-dan çox beynəlxalq şirkəti əhatə edən TAP və TANAP qaz kəmərlərinin şaxələndirilməsi işinə töhfə verərək istehsal etdiyi qazın Avropa bazarına çatdırmağa nail olub. Həmçinin etibarlı tərəfdaş olduğunu artıq bütün dünyaya sübut etmiş Azərbaycan Cənub Qaz Dəhlizi layihəsində də iştirakı ilə bu gün yeni uğur hekayəsi yazır”, – deyə deputat əlavə edib.

Enerji siyasəti milli maraqların və dövlət təhlükəsizliyinin qorunmasına xidmət edir

M.Əfəndiyev bildirib ki, bütün bu uğurların, həyata keçirilən düzgün və ardıcıl enerji siyasətinin nəticəsinə dünya ictimaiyyəti “Bakı Enerji Həftəsi” çərçivəsində şahidlik edir. Həftənin ən diqqətəlayiq məqamlarından biri isə Amerika Birləşmiş Ştatlarının, Birləşmiş Krallığın və Türkiyə Respublikası liderlərinin bu tədbirə xüsusi diqqət yetirməsi və Azərbaycan Prezidentinin şəxsinə, o cümlədən bütün tədbir iştirakçılarına edilən xoş müraciətləri idi. Bu müraciətlər Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olaraq beynəlxalq aləmdə yüksək nüfuz qazandığının bariz nümunəsidir.

“Heç kəsə sirr deyil ki, bu gün dünyada iqtisadi və geosiyasi proseslərin yeni mərhələyə qədəm qoyması enerji təhlükəsizliyi məsələsini daha da aktuallaşdırır. Belə bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti yalnız iqtisadi məqsədlərə deyil, həm də milli maraqların qorunmasına və dövlət təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Dövlətimizin başçısının “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, enerji resurslarından əldə olunan gəlirlərin səmərəli idarə olunması Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, qlobal və regional layihələrdə fəal iştirakına, eləcə də beynəlxalq müstəvidə qəbul edilən qərarların icrasında etibarlı tərəfdaş kimi tanınmasına imkan yaradıb”, – deyə M.Əfəndiyev qeyd edib.

Onun sözlərinə görə, bu gün ölkəmiz qlobal iqtisadiyyatda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və beynəlxalq enerji zəncirinin vacib iştirakçılarından biri kimi çıxış edir. İldən-ilə qazla təchiz etdiyimiz ölkələrin sayının artması, xüsusilə Avropa İttifaqına üzv olan ölkələrin çoxluq təşkil etməsi bir daha Azərbaycanın Avropa üçün əvəzolunmaz tərəfdaş olduğunu ortaya qoyur.

Əvvəlki Yazı

Ramin Məmmədov  “Cümə” və “İmam Əli” məscidlərini ziyarət edib

Növbəti Yazı

Sosioloq: Gənclər süni intellekt dövründə peşə seçiminə daha diqqətlə yanaşmalıdırlar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.