May 2, 2026-16:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan-Gürcüstan əlaqələri İrəvan üçün nümunədir

2026:04:10 - 16:27
in İQTİSADİYYAT
A A

Azərbaycan-Gürcüstan münasibətlərinin kökündə dostluq və tarixi bağlar dayanır. Bakı və Tbilisi verilən qərarlarda daim bu xəttə sadiq olublar. Bu təməlin üzərində isə iqtisadi əlaqələr qurulub.

Bu barədə AZƏRTAC-a siyasi şərhçi Araz Balayev deyib.

“Təsadüfi deyil ki, Azərbaycan enerji resurslarının ixracını şaxələndirmək barədə düşünəndə bunu məhz Gürcüstan üzərindən həyata keçirmək qərarına gəldi. Nəticədə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi iri layihələr reallaşdırıldı.

Bundan başqa, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi regionun nəqliyyat imkanlarını daha da artırdı. Bu layihələr Azərbaycanla Gürcüstanı bir-birinə sarsılmaz bağlarla bağladı. Bütün bunlar qarşılıqlı investisiya qoyuluşları və ticarət dövriyyəsinin müsbət dinamika ilə inkişafını qaçılmaz etdi”, – deyə A.Balayev qeyd edib.

O vurğulayıb ki, bu mənzərə dövlət başçılarının zəhmətinin nəticəsidir: “Mütəmadi qarşılıqlı səfərlər, mühüm məsələlər barədə sıx məsləhətləşmələr. Əslində Prezident İlham Əliyevin Tbilisiyə son səfəri danışılacaq müsbət məqamların çox olduğunu bir daha göstərdi. Təsadüfi deyil ki, son dövrlər Ermənistan rəsmiləri də Azərbaycan-Gürcüstan əlaqələrini nümunə çəkir və Bakı ilə münasibətləri bu nümunəyə uyğun qurmaq istəyirlər. Bakı və Tbilisi isə İrəvanın cəhdlərini müsbət qiymətləndirir. Çünki regionun əsl potensialı məhz bunun sayəsində ortaya çıxacaq”.

Əvvəlki Yazı

Azərbaycanın İranla bağlı atdığı addımlar dost münasibətin açıq və ardıcıl təzahürüdür

Növbəti Yazı

Hindistan Livanda mülki əhali arasında itkilərin çoxluğundan narahatdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.