May 2, 2026-14:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın İranla bağlı atdığı addımlar dost münasibətin açıq və ardıcıl təzahürüdür

2026:04:10 - 16:24
in SİYASƏT
A A

İran və ABŞ arasındakı gərginlik həm iqtisadi, həm də siyasi baxımdan dünyada ciddi böhran yaradan amildir. Bu baxımdan, tərəflər arasında 2 həftəlik atəşkəs elan olunması və Azərbaycan Prezidentinin İran Prezidentinə zəng edərək təbriklərini çatdırması sülhə verilən dəstəyin və uğurlu diplomatik yanaşmanın göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin prezidenti İlqar Hüseynli deyib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesdə İrana münasibətdə dost mövqe sərgiləyərək ağır günlərdə onun yanında olduğunu nümayiş etdirdi. Bu, təkcə siyasi bəyanatlarla deyil, konkret addımlarla da təsdiqini tapdı.

“Gərginliyin regiona yaxın ərazilərdə baş verməsinə baxmayaraq, bu dövrdə Azərbaycan-İran sərhədi İran üçün ən təhlükəsiz məkanlardan biri kimi qaldı. Bütün iddialara rəğmən, Azərbaycandan İrana qarşı hər hansı təhlükə müşahidə olunmadı ki, bu da ölkəmizin sabit və etibarlı qonşu olduğunu göstərir. Eyni zamanda, Prezident İlham Əliyevin İrana yönəlik addımları — başsağlığı mesajları, İran səfirliyinə getməsi və ilk humanitar yardım göndərən ölkələrdən biri olması – dost münasibətlərin real təzahürü kimi qiymətləndirilməlidir”, – deyə QHT sədri əlavə edib.

İ.Hüseynli bildirib ki, atəşkəsin elanından sonra İranı təbrik edən ilk liderin də Azərbaycan Prezidenti olması xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın proseslərə həssas yanaşdığını və sülh təşəbbüslərini dəstəklədiyini göstərir.

“Bütün bu addımlar Azərbaycanın İrana dost münasibətinin açıq və ardıcıl təzahürüdür. Bu reallıqlar fonunda İranda Azərbaycanı təhlükə kimi təqdim etməyə çalışan dairələr də vəziyyətin fərqli olduğunu görmək məcburiyyətində qalırlar. Ümid etmək olar ki, bundan sonra bu cür yanaşmalar zəifləyəcək və münasibətlər daha sağlam əsaslar üzərində inkişaf edəcək”, – deyə o vurğulayıb.

Əvvəlki Yazı

Operativ diplomatik təmaslar Azərbaycanın xarici siyasət reflekslərini nümayiş etdirir

Növbəti Yazı

Azərbaycan-Gürcüstan əlaqələri İrəvan üçün nümunədir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.