Avqust 19, 2026-17:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan-İran-Rusiya anlaşma memorandumu bölgədə dialoq platformasının sabitləşməsinə şərait yaradır RƏY

2025:12:02 - 16:41
in SİYASƏT
A A

Azərbaycan, İran və Rusiya arasında üçtərəfli anlaşma memorandumunun imzalanması regionda nəqliyyat və logistika arxitekturasının yenidən formalaşmasına təsir edəcək strateji addım kimi dəyərləndirilə bilər. Bu sənəd təkcə texniki və tarif məsələlərinin uzlaşdırılması deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizinin qərb istiqamətinin real rəqabət qabiliyyətinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

O bildirib ki, memorandum nəqliyyat xidmətlərində vahid tarif siyasətinin formalaşmasını, blok-qatarların müntəzəm hərəkətini və tranzit prosedurlarının sadələşdirilməsini nəzərdə tutur. Bu da üç ölkə arasında proqnozlaşdırılan və xərclərə qənaət edən logistika zəncirinin yaranmasına imkan verir. Əslində, söhbət təkcə daşımaların həcminin artmasından deyil, həm də region ölkələrinin qlobal nəqliyyat bazarında payını genişləndirmək üçün ciddi iqtisadi platformanın qurulmasından gedir.

Siyasi şərhçi nəzərə çatdırıb ki, bu anlaşma memorandumunun siyasi əhəmiyyəti də diqqətəlayiqdir. İlk növbədə, sənəd Azərbaycan, İran və Rusiya arasında institusional əməkdaşlığı dərinləşdirərək regionda yeni koordinasiya mexanizminin formalaşmasına xidmət edir. Bundan əlavə, Şimal-Cənub dəhlizinin qərb qolunun gücləndirilməsi üç ölkənin geosiyasi çəkisini artırır və onları qlobal nəqliyyat şəbəkələrində daha təsirli aktorlara çevirir. Nəhayət, memorandum bölgədə güc balansının yenidən qurulmasına, tranzitlə yanaşı, siyasi dialoq platformasının sabitləşməsinə şərait yaradır.

“Geosiyasi kontekstdə bu razılaşma tərəflərin beynəlxalq nəqliyyat marşrutlarında etibarlı aktor kimi çıxış etməsinə şərait yaradır. Sənəd Azərbaycanın strateji üstünlüyünü daha da gücləndirir: ölkəmiz regionda koordinasiya və liderlik mövqeyini möhkəmləndirir, tranzit yolları üzərində təsir imkanlarını artırır və qlobal nəqliyyat şəbəkələrində etibarlı tərəfdaş kimi tanınır. Bu razılaşma, həmçinin Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıqda nüfuzlu mövqeyə sahib olduğunu göstərir və dövlətimizin uzunmüddətli strateji maraqlarına xidmət edir”, – deyə Fərid Şahbazlı əlavə edib.

Əvvəlki Yazı

ATƏT-in Minsk qrupunun fəaliyyətini dayandırması zərurəti Qarabağın işğaldan azad olunandan sonra meydana çıxmışdı – ŞƏRH

Növbəti Yazı

TDT üzv ölkələrin QHT Platformasının yaradılması vətəndaş cəmiyyətinin növbəti uğurudur RƏY

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.