Avqust 19, 2026-16:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

TDT üzv ölkələrin QHT Platformasının yaradılması vətəndaş cəmiyyətinin növbəti uğurudur RƏY

2025:12:02 - 16:53
in SİYASƏT
A A

Son illərdə qeyri-hökumət təşkilatlarının (QHT) yerli səviyyədə fəaliyyətləri ilə yanaşı, beynəlxalq əhəmiyyətli fəaliyyətlərin birbaşa təşəbbüskarı kimi çıxış etməsi bu sektorda müsbət tendensiyanın göstəricisidir. Belə ki, 2025-ci il ərzində 2 beynəlxalq Forumun Azərbaycanda keçirilməsi və bu Forumlar çərçivəsində Azərbaycan QHT-lərinin təşəbbüsü nəticəsində beynəlxalq əməkdaşlıq platformalarının yaradılmasını ölkəmizin vətəndaş cəmiyyətinin əhəmiyyətli uğuru hesab etmək olar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli söyləyib.

Onun sözlərinə görə, ilin əvvəlində Qlobal Cənubun 116 ölkəsinin, bir neçə gün öncə isə TDT-yə üzv 8 ölkənin Vətəndaş Cəmiyyəti nümayəndələrinin ilk dəfə olaraq Azərbaycanda bir araya gəlməsi ölkəmizin vətəndaş cəmiyyətinin gücünü göstərməklə yanaşı, QHT-lərimiz tərəfindən beynəlxalq əhəmiyyətli məsələlərə proaktiv yanaşmanın mövcudluğunu nümayiş etdirir.

“Bu xüsusda türk dövlətlərinə üzv ölkələrin QHT-lərinin Platformasının yaradılması da müasir Türk dünyasının çağırışlarına cavab verməklə bərabər, 2021-ci ildə Türk Dövlətləri Təşkilatının 8-ci Zirvə Toplantısında qəbul edilən “Türk Dünyası 2040” sənədinin QHT-lərə dair bəndinə məhz Azərbaycanın ilk əsaslı yanaşmasını göstərmiş olur. Belə ki, bu vizyon sənədinin “Vətəndaş Cəmiyyəti Təşkilatları ilə Əməkdaşlıq” bəndinə əsasən üzv dövlətlər arasında dialoqu gücləndirmək və ölkələrin sosial-iqtisadi və siyasi inkişafında fəal iştirakını təmin etmək məqsədilə QHT-lərin şəbəkələşməsi və əməkdaşlığı üçün mühitin təmin edilməsinin önəmi vurğulanıb. Bununla, ortaq dəyərlərin inkişafı, dialoq və anlaşmanın təşviqi məqsədilə vətəndaş cəmiyyəti institutlarını gələcəkdə Türk Dövlətləri Təşkilatının və Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi digər türk əməkdaşlıq təşkilatlarının fəaliyyətlərinə cəlb etmək nəzərdə tutulub”, – deyə N.Rəhimli vurğulayıb.

Sədr müavini bildirib ki, bütün bu təşəbbüslər Azərbaycan vətəndaş cəmiyyətinin artıq regional əməkdaşlığın formalaşdırıcısı və lokomotivi olduğunu göstərir. Türk dünyası daxilində QHT-lərin şəbəkələşməsi, yeni platformaların qurulması və beynəlxalq forumların təşkil edilməsi Azərbaycanın artan gücünün və vətəndaş cəmiyyətinin institusional yetkinliyinin bariz göstəricisidir. Qarşıdakı illərdə bu təşəbbüsün türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə əhəmiyyətli dərəcədə töhfə verəcəyi şübhə doğurmur.

Əvvəlki Yazı

Azərbaycan-İran-Rusiya anlaşma memorandumu bölgədə dialoq platformasının sabitləşməsinə şərait yaradır RƏY

Növbəti Yazı

Maliyyə naziri: Bu şəxslər sığortadan kənar qalmayacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.