Tehran və Vaşinqton razılığa gələ bilməsələr, İran iki həftədən sonra ABŞ ilə atəşkəsi uzatmamalıdır. Bu fikri İran Məclisinin (Parlament) üzvü İbrahim Rzayi bildirib.
O, məktubda yazıb: “Atəşkəsin bitməsi onun uzadılmasına səbəb olmamalıdır. Ya İranın hüquqları, o cümlədən Hörmüz boğazı üzərində nəzarətimiz tanınmalıdır, ya da müharibəyə qayıtmalıyıq”. Deputatın sözlərinə görə, ABŞ hərbi əməliyyatlarda yaranan fasilədən ordunu yenidən silahlandırmaq və qoşunlarını dincəltmək üçün istifadə edə bilər. (Tass)
