Aprel 24, 2026-17:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan-Latviya münasibətlərinin dərinləşdirilməsi hər iki tərəfin maraqlarına uyğundur

2026:04:24 - 14:29
in SİYASƏT
A A

Latviya Avropa İttifaqının və NATO-nun üzvü kimi Baltik regionunun mühüm nəqliyyat-logistika mərkəzlərindən biri olmaqla Avropa iqtisadi məkanına inteqrasiya olunmuş dövlətdir. Azərbaycan isə Cənubi Qafqazın aparıcı siyasi və iqtisadi aktoru, Avrasiyanın enerji və tranzit xəritəsində mühüm mövqeyə malik etibarlı tərəfdaşdır. Bu reallıq isə öz növbəsində iki ölkə arasındakı münasibətlərə qarşılıqlı tamamlayıcılıq xarakteri verir. Yəni, mövcud geosiyasi şəraitdə Azərbaycan ilə Latviya arasında münasibətlərin dərinləşdirilməsi hər iki tərəfin maraqlarına uyğundur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

“Latviya Prezidenti Edqard Rinkeviçsin Azərbaycana rəsmi səfəri zamanı diqqət çəkən əsas məqamlardan də biri iqtisadi əməkdaşlıq məsələləridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm nəticələr əldə edib. Qeyri-neft sektorunun artan payı, investisiya mühitinin yaxşılaşdırılması, xarici borcun minimum səviyyəyə endirilməsi və strateji valyuta ehtiyatlarının yüksək həcmdə saxlanılması ölkəmizin dayanıqlı iqtisadi inkişaf modeli yaratdığını göstərən mühüm məqamdır. Bu göstəricilər xarici investorlar, o cümlədən Latviya biznes dairələri üçün Azərbaycanın etibarlı və perspektivli tərəfdaş olduğunu bir daha təsdiqləyir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Ələt azad iqtisadi zonası xüsusi əhəmiyyət kəsb edir. Xəzər hövzəsinin mühüm nəqliyyat qovşağında yerləşən bu iqtisadi zona sənaye istehsalı, logistika, emal sənayesi və ixracyönümlü layihələr üçün əlverişli platformadır. Ona görə də Latviyanın Avropa bazarlarına çıxış imkanları ilə Azərbaycanın tranzit və istehsal potensialının uzlaşdırılması qarşılıqlı faydalı nəticələr verə bilər. Enerji sahəsi də danışıqların prioritet istiqamətlərindən biri kimi ön plana çıxır.

Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətlərdən biridir. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə təbii qaz ixracının genişlənməsi fonunda ölkəmiz etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirib. Latviyanın Azərbaycanla enerji əməkdaşlığına verdiyi siyasi dəstək bu baxımdan xüsusi önəm daşıyır. Bu bir tərəfdən Azərbaycanın Avropa İttifaqı daxilində siyasi tərəfdaşlıq dairəsini genişləndirir, digər tərəfdən isə enerji əməkdaşlığını uzunmüddətli strateji əməkdaşlığa çevirir”, – deyə A.Qurbanova vurğulayıb.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin səsləndirdiyi bərpaolunan enerji gündəliyi Azərbaycanın gələcək inkişaf strategiyasını aydın şəkildə ortaya qoyur. 2032-ci ilədək ölkədə 8 giqavat həcmində günəş, külək və hidroenerji güclərinin yaradılması planı Azərbaycanın enerji portfelinin modernləşdirilməsi istiqamətində mühüm addımdır. Baltik ölkələrinin, o cümlədən Latviyanın yaşıl texnologiyalar, enerji səmərəliliyi və rəqəmsal idarəetmə sahəsində təcrübəsi isə bu əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Diqqət çəkən digər istiqamət isə müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivləridir. Son illərdə təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər dövlətləri müdafiə imkanlarını modernləşdirməyə sövq edir. Latviyanın pilotsuz sistemlər, rəqəmsal təhlükəsizlik və müdafiə innovasiyaları sahəsində inkişaf edən potensialı, Azərbaycanın isə hərbi-sənaye kompleksinin sürətlə genişlənməsi bu sahədə birgə təşəbbüslər üçün real zəmin yaradır. Birgə istehsal, texnologiya mübadiləsi və sənaye kooperasiyası perspektivləri xüsusilə diqqətəlayiqdir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan son illərdə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər dənizi üzərindən daşımalar, müasir liman infrastrukturu və rəqəmsallaşdırılmış logistika imkanları ölkəmizin tranzit əhəmiyyətini kifayət qədər artırıb. Latviyanın Baltik dənizi üzərindən Şimali və Mərkəzi Avropaya çıxış imkanları nəzərə alındıqda isə tərəflər arasında yeni ticarət-logistika zəncirinin formalaşdırılması tam real görünür.

“Səfərin siyasi mahiyyəti isə daha genişdir. Hazırkı beynəlxalq şəraitdə Avropada enerji təhlükəsizliyi, alternativ nəqliyyat marşrutları və etibarlı tərəfdaşlara ehtiyac daha da artıb. Azərbaycan sabit daxili siyasi mühiti, müstəqil xarici siyasəti və öhdəliklərinə sadiq tərəfdaş imici ilə bu tələbat fonunda xüsusi əhəmiyyət qazanır. Latviyanın bu reallığı açıq şəkildə ifadə etməsi və Azərbaycanla əməkdaşlığı strateji zərurət kimi qiymətləndirməsi ölkəmizin beynəlxalq nüfuzunun aydın ifadəsidir”, – deyə o əlavə edib.

Əvvəlki Yazı

Azərbaycan-Latviya münasibətləri yeni strateji istiqamətlər üzrə inkişaf edəcək

Növbəti Yazı

Professor: Azərbaycan–Latviya münasibətlərinin əsasında qarşılıqlı fayda prinsipi dayanır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.