Aprel 17, 2026-0:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan mürəkkəb beynəlxalq mühitdə etibarlı tərəfdaş mövqeyini möhkəmləndirir

2026:04:16 - 17:42
in SİYASƏT
A A

Hazırda dünya miqyasında beynəlxalq münasibətlər sistemi ciddi sarsıntılarla üz-üzədir. Mövcud institutlar, dəyərlər və prinsiplər əvvəlki kimi effektiv işləmir, xüsusilə münaqişələrin dinc yolla həlli mexanizmlərində nəzərəçarpan geriləmə müşahidə olunur.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Nizami Cəfərsoy bildirib. Onun sözlərinə görə, bir çox hallarda dövlətlər problemlərin həllində hərbi vasitələrə üstünlük verir.

“Azərbaycanın yerləşdiyi regionda da mürəkkəb vəziyyət hökm sürür. Şimalda Rusiya-Ukrayna müharibəsi davam edir, Şərq istiqamətində Əfqanıstan–Pakistan xətti üzrə uzunmüddətli qarşıdurma regional sabitliyə təsir göstərir. Cənubda isə birbaşa qonşuluğumuzda baş verən ABŞ-İran gərginliyi ciddi geosiyasi risklər yaradır. Bundan əlavə, Qəzza və Suriya kimi digər bölgələrdə vəziyyətin tam stabilləşməməsi ümumi təhlükəsizlik mühitini daha da gərginləşdirir”, – deyə o vurğulayıb.

Politoloqun fikrincə, belə mürəkkəb və riskli beynəlxalq mühitdə Azərbaycanın əsas məqsədi regional müharibələrdən kənarda qalmaq, təhlükələri minimuma endirmək və balanslı siyasət aparmaqdır. “Ölkəmiz Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla bir sıra qlobal qarşıdurmalarla bağlı məsələlərdə müxtəlif tərəflərin təzyiqlərinə baxmayaraq, milli maraqlara əsaslanan balanslı və beynəlxalq hüquqa uyğun mövqeyini qoruyub saxlayıb. Qəzza məsələsində də Azərbaycan ədalətli yanaşmasını, iki dövlət prinsipi əsasında mövqeyini bəyan edib və bunu həyata keçirərkən regional münasibətlərdə tarazlığı təmin etməyə çalışıb”, – deyə o qeyd edib.

N.Cəfərsoy vurğulayıb ki, ABŞ-İran gərginliyi həm iqtisadi, həm hərbi, həm də humanitar baxımdan ciddi çağırışlar yaradır. Onun sözlərinə görə, Azərbaycan ilə İran arasında mövcud tarixi, mədəni və insani bağlar bu məsələnin daha həssas olmasına səbəb olur. Buna baxmayaraq, Azərbaycan münaqişəyə cəlb olunmamaqla yanaşı, humanitar sahədə fəal mövqe nümayiş etdirir.

Ekspert qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi bu siyasət ölkənin milli təhlükəsizliyinin təmin olunmasına, müharibələrin fəsadlarından uzaq dayanmasına və eyni zamanda, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuzunun artmasına xidmət edir. Azərbaycanın göstərdiyi humanitar və logistika dəstəyi dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir.

Politoloq əlavə edib ki, bu proseslər fonunda Azərbaycan beynəlxalq ictimaiyyətə bir daha mesaj verir ki, ölkəmiz ədalətə, beynəlxalq hüquqa, dialoqa və konstruktiv həll yollarına sadiqdir. Azərbaycan qarşıdurma yaşayan dövlətlərin dialoq aparmaq üçün etibar etdiyi nadir ölkələrdən biri kimi çıxış edir. ABŞ-nin yüksəkrütbəli rəsmiləri dəfələrlə qeyd ediblər ki, Azərbaycan Prezidenti həm İsrail, həm Türkiyə, həm də regionda müxtəlif maraqları olan dövlət rəhbərləri ilə effektiv dialoq qura bilən nadir liderlərdəndir.

Əvvəlki Yazı

Azərbaycan qlobal sülh və əməkdaşlıq məkanı olduğunu növbəti dəfə təsdiqləyəcək 

Növbəti Yazı

Cənubi Qafqazda baş verən siyasi proseslər regional təhlükəsizlik arxitekturasını müəyyənləşdirir 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.