İyun 24, 2026-22:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Ordusu Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların əsas faktorlarından biridir

2026:06:24 - 14:11
in SİYASƏT
A A
Müasir Azərbaycan Ordusunun təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun uzaqgörən siyasəti nəticəsində nizami ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkədə siyasi sabitliyin bərqərar olunması ilə yanaşı, Silahlı Qüvvələrin vahid komandanlıq prinsipi əsasında formalaşdırılması, hərbi hissələrin maddi-texniki təminatının yaxşılaşdırılması və peşəkar zabit korpusunun yaradılması istiqamətində mühüm addımlar atıldı. Hərbi təhsil sisteminin inkişafı, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və milli təhlükəsizlik strategiyasının möhkəmləndirilməsi nəticəsində Azərbaycan Ordusunun gələcək inkişafı üçün etibarlı zəmin formalaşdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

O bildirib ki, Ulu Öndərin müəyyən etdiyi ordu quruculuğu strategiyası sonrakı illərdə ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsində həlledici rol oynadı və Azərbaycanın hərbi qüdrətinin yüksəlişinin əsasını təşkil etdi: “Bu strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Müdafiə sahəsinə ayrılan vəsaitin artırılması, müasir silah və texnologiyaların alınması, ordunun döyüş hazırlığının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və hərbi infrastrukturun yenilənməsi nəticəsində Silahlı Qüvvələrimiz regionun ən güclü ordularından birinə çevrildi. Eyni zamanda, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, peşəkarlığın artırılması və müasir döyüş taktikasının tətbiqi ordunun gücünü daha da artırdı. Bütün bu məqsədyönlü islahatlar və ardıcıl inkişaf siyasəti Azərbaycan Ordusuna qarşıya qoyulan ən mühüm missiyanı – torpaqlarımızın işğaldan azad olunmasını uğurla həyata keçirmək imkanı verdi.

Bu məqsədyönlü siyasətin ən möhtəşəm nəticəsi 2020-ci ildə qazanılmış tarixi Zəfər oldu. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində yüksək peşəkarlıq, qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu şanlı Qələbə xalqımızın milli qürur mənbəyinə çevrildi və Azərbaycan hərb tarixində yeni bir səhifə açdı”.

Deputat əlavə edib ki, bu gün Azərbaycan Ordusu yalnız ölkəmizin hərbi təhlükəsizliyinin təminatçısı deyil, həm də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların əsas faktorlarından biridir. Azərbaycanın hərbi gücü və strateji potensialı regionda sülhün, sabitliyin və təhlükəsizlik balansının qorunmasına mühüm töhfə verir.

“Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirib, Azərbaycanı regional və qlobal proseslərdə söz sahibi olan nüfuzlu aktora çevirib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu siyasəti nəticəsində əldə olunan tarixi Zəfər təkcə hərbi qələbə deyil, həm də Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edə bilən güclü dövlət modelinin təntənəsidir”,- deyə N.Həsənov bildirib.

Əvvəlki Yazı

TASS: Qərb Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməyə başladığı vaxtdan bəri Ukraynanı 66 milyard dollar məbləğində maliyyələşdirib

Növbəti Yazı

Kuleba Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişdiyinə şübhə ilə yanaşıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.