Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba ABŞ prezidenti Donald Trampın Ukrayna məsələsində mövqeyini həqiqətən dəyişdiyinə şübhə ilə yanaşıb.
Fransanın Evian şəhərində keçirilən G7 sammitindən sonra Fransa prezidenti Emmanuel Makron iyunun 19-da iştirakçıların Trampı Ukraynadakı münaqişə ilə bağlı mövqeyini dəyişməyə inandıra bildiklərini açıqladı. Son günlərdə ingilisdilli mətbuat da ABŞ liderinin guya Ukrayna ilə bağlı fikrini dəyişdiyi barədə məlumat yayıb.
Kulebanın sözlərinə görə, Tramp sadəcə Avropanın eşitmək istədiyini deyib. “Düşünürəm ki, bu, müvəqqəti bir bəyanatdır, doğru yerdə və doğru zamanda edilib. O, G7-yə gəldi, digər G7 iştirakçılarının eşitmək istədiyini dedi”, – deyə o, YouTube kanalında izləyicinin Trampın Ukrayna ilə bağlı mövqeyini həqiqətən yumşaldıb-yumşaltmadığı ilə bağlı sualına cavab olaraq bildirib.
