İyun 24, 2026-22:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Ordusunun qüdrəti Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir 

2026:06:24 - 15:42
in SİYASƏT
A A

26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının hərb tarixində mühüm yer tutan, dövlətimizin qüdrətini və müstəqilliyini təcəssüm etdirən əlamətdar gündür. Bu tarix milli ordumuzun formalaşmasının başlanğıcı olmaqla yanaşı, Azərbaycanın güclü dövlət və qüdrətli ordu quruculuğu siyasətinin uğurlarını nümayiş etdirən bir bayramdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Əfəndi İbrahimli deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycan Ordusunun regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilməsi məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Dövlətimizin başçısının rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl islahatlar, müasir silah və texnikaların alınması, hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü əhəmiyyətli dərəcədə artırıb.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq xalqımızın otuz ilə yaxın davam edən torpaq həsrətinə son qoydu. Bu şanlı Qələbə Azərbaycanın hərbi gücünü, xalq-ordu birliyini və dövlətimizin sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın döyüş əməliyyatlarına peşəkar rəhbərliyi, qətiyyətli qərarları və milli maraqlara əsaslanan siyasi iradəsi Zəfərin əsas amillərindən biri kimi tarixə yazıldı”, – deyə politoloq əlavə edib.

Əfəndi İbrahimli bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda bu gün üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması, genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunmuş tarixi nailiyyətlərin davamıdır. Ordumuzun Azərbaycanın təhlükəsizliyinin, ərazi bütövlüyünün və suverenliyinin etibarlı təminatçısı olaraq daim öz döyüş hazırlığını artırdığını diqqətə çatdıran politoloq deyib: “Əminik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bundan sonra da yeni uğurlara imza atacaq, dövlətimizin qüdrətini və xalqımızın təhlükəsizliyini layiqincə qoruyacaq”.

Əvvəlki Yazı

Emin Əmrullayev Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb

Növbəti Yazı

Tramp: İran ABŞ-a Hörmüz boğazından keçid üçün ödəniş almayacağını bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.