İran hakimiyyəti ABŞ-a Hörmüz boğazından keçən gəmilər üçün rüsum almadığına zəmanət verib. Əgər rüsumların alındığı ortaya çıxsa, ABŞ dərhal İran tərəfi ilə danışıqları dayandıracaq. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
O, “Truth Social”da yazıb: “İran ABŞ-a məlumat verib ki, əksinə yalan xəbərlərə baxmayaraq, İran Hörmüz boğazından keçən gəmilərdən heç bir ödəniş yığmır və ya sığorta haqları və ya digər ödənişlər almır”.
ABŞ lideri vurğulayıb ki, əgər “[Tehrandan alınan] məlumat yalan olarsa, danışıqlar dərhal dayandırılacaq”. (Tass)
