İyun 1, 2026-20:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan qlobal enerji dialoqunun əsas platformalarından biridir

2026:06:01 - 17:48
in SİYASƏT
A A
Azərbaycan artıq, sadəcə, xammal ixrac edən ölkə statusundan çıxaraq, planetar miqyasda enerji siyasətinin istiqamətini təyin edən qlobal bir aktora çevrilib. Bu reallıq Bakı Enerji Həftəsində bir daha öz təsdiqini tapdı. Dünyada ekoloji təmiz texnologiyalara keçidin sürətləndiyi bir vaxtda, Bakının bu qlobal dialoqa ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenadakı siyasi və iqtisadi nüfuzunun birbaşa göstəricisidir.

Milli Məclisin deputatı Nurlan Həsənov AZƏRTAC-a verdiyi şərhdə rəsmi Bakının bu uğurlarını şərtləndirən amillərə toxunub.

Deputat qeyd edib ki, əldə olunan nailiyyətlərin kökündə ölkə rəhbərliyinin uzaqgörən və çoxşaxəli inkişaf strategiyası dayanır. Azərbaycan karbohidrogen ehtiyatlarını səmərəli idarə etməklə bərabər, gələcəyə hesablanmış addımlar atır. Məsələn, “Şahdəniz” layihəsinin 30 illik təkamülü və yataqdan kommersiya qazının çıxarılmasının 20 illiyi ölkəmizin qlobal bazarda nə dərəcədə güvənilən bir tərəfdaş olduğunu sübut edir.

Müasir dünyamızda enerji təhlükəsizliyi artıq təkcə resurs bolluğu demək deyil. Bu anlayış həm də alternativ marşrutların mövcudluğunu, ekoloji öhdəlikləri və fasiləsiz təchizatı özündə birləşdirir. Azərbaycan məhz bu prinsiplərlə hərəkət edərək Avropanın enerji şaxələndirilməsinə unikal töhfələr verir və regional əməkdaşlıq mühitini gücləndirir.

Son illərdə alternativ enerji sektoruna yönələn irihəcmli investisiyalar ölkəmizin energetika tarixində yeni səhifə açır. Beynəlxalq tərəfdaşlarla birgə icra edilən külək və Günəş elektrik stansiyaları layihələri, habelə azad edilmiş torpaqlarımızda tətbiq olunan yaşıl enerji zonası modeli ölkəmizin gələcək iqtisadi vizyonunu əks etdirir. Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşən bu proqramlar yalnız yaşıl enerji istehsalını hədəfləmir, həm də ekoloji cəhətdən təmiz, müasir ekosistemin qurulmasına xidmət edir.

Ölkəmizin strategiyasının ən güclü tərəfi isə ənənəvi resurslarla (neft, təbii qaz) alternativ enerji mənbələri arasında mükəmməl bir balansın qurulmasıdır. Mavi yanacaq ixracını artırmaqla bərabər, yaşıl layihələri paralel şəkildə sürətləndirmək Azərbaycanın qlobal iqlim hədəflərinə sadiqliyini nümayiş etdirir. Bu yanaşma həm daxili iqtisadi dayanıqlığı qoruyur, həm də beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin icrasını təmin edir.

“Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsində qət etdiyi tarixi yolu yüksək qiymətləndirib. Dövlətimizin başçısı ölkəmizin enerji strategiyasının bu gün özünün ən pik nöqtəsinə çatdığını vurğulayaraq, atılan addımların dünya miqyaslı əhəmiyyətinə diqqət çəkib.

Müasir dünyada hər bir dövlət üçün enerji resurslarına çıxış və onların təhlükəsizliyi həyatı əhəmiyyət kəsb edir. Qazıntı yanacağı olmadan sənayenin fəaliyyəti, infrastrukturun qorunması və əhalinin normal yaşayış ritmini təmin etmək qeyri-mümkündür. Bununla paralel olaraq, ekoloji fəlakətlərin qarşısını almaq və iqlim böhranını həll etmək üçün bərpaolunan enerjiyə keçid qaçılmazdır. Prezidentin çıxışından da göründüyü kimi, Azərbaycan bu iki istiqamət arasında optimal keçid strategiyası formalaşdırıb.

Ölkəmizin vizyonu, sadəcə, enerji sektoru ilə məhdudlaşmır. Burada nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi də xüsusi yer tutur. Yeni dəmir və avtomobil yollarının inşasına, logistik infrastruktura böyük sərmayələr qoyulur. Uğurla işləyən Şərq-Qərb dəhlizinin mühüm seqmenti olacaq Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra ölkəmizin tranzit imkanlarını daha da artıracaq və regiona böyük dividend gətirəcək.

Bununla yanaşı, elektroenergetika sahəsində də regional şəbəkələşmə prosesi sürətlənir. Azərbaycandan Gürcüstana, oradan isə Qara dənizin dibi ilə Rumıniya və Macarıstana qədər uzanacaq “Qara Dəniz Yaşıl Enerji” kabel layihəsi qitələrarası inteqrasiyanı gücləndirir. Bu nəhəng infrastruktur layihəsi həm ölkələr arası münasibətləri dərinləşdirir, həm də Avropanın enerji təhlükəsizliyinə yeni nəfəs verir”,- deyə N.Həsənov vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycan bu gün artıq qlobal layihələrin investoruna çevrilib. Ölkəmiz sərmayə coğrafiyasını genişləndirməklə yanaşı, beynəlxalq enerji arxitekturasının təhlükəsizliyinə birbaşa zəmanət verir. Bakı Enerji Həftəsi də göstərir ki, Azərbaycan yaxın gələcəkdə də dayanıqlı inkişaf və qlobal tərəfdaşlıq platformalarında yeni təşəbbüslərin müəllifi olaraq qalacaq.

Əvvəlki Yazı

Tasnim: İsrail qoşunları Livandan çıxana qədər İran ABŞ ilə danışıqları bərpa etməyəcək

Növbəti Yazı

Türkiyə İsrailin Livandakı hərəkətlərini qınadı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.