Türkiyə İsrailin Livandakı təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyərək, onu regionda sabitliyi pozmağa çalışmaqda ittiham edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Bəyanatda deyilir: “Biz İsrailin Livanda işğalının genişlənməsini qətiyyətlə pisləyirik. Görünür, Netanyahu hökuməti, Qəzzada olduğu kimi, işğal olunmuş əraziləri yaşayış üçün yararsız hala salmağa, livanlıları daimi olaraq didərgin salmağa çalışır. İsrail ekspansionist və təcavüzkar siyasəti ilə bölgədə sülhü və sabitliyi pozmağı və humanitar vəziyyəti daha da pisləşdirməyi hədəfləyir”.
Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, “BMT Təhlükəsizlik Şurasının rəhbərliyi ilə beynəlxalq ictimaiyyət İsrailin hücumlarına və Livanın işğalına son qoymaq üçün dərhal konkret addımlar atmalıdır”. (Tass)
