May 9, 2026-17:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

Azərbaycan Ramazan ayında bir sıra ölkələrdə yardım kampaniyaları reallaşdırıb

2026:03:20 - 12:30
in Din və fəlsəfə
A A

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycanın donor tərəfdaşı kimi humanitar dəstək fəaliyyətləri çərçivəsində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə bu ilin Ramazan ayı ərzində müxtəlif ölkələrdə genişmiqyaslı tədbirlər, o cümlədən aşağıda sadalanan bir sıra humanitar aksiyalar, iftar süfrələri və yardım kampaniyaları həyata keçirilib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Suriyanın paytaxtı Dəməşq ətrafında rayonlarda iftar süfrələri təşkil edilib və ərzaq paketləri paylanıb. Bununla yanaşı, Əfqanıstanda qaçqın düşərgələrində 150 ailəyə, İndoneziyanın paytaxtı Cakarta şəhərində “İstiqlal” məscidində kimsəsiz uşaqlara ərzaq paketləri çatdırılıb. Bununla yanaşı, Pakistanda “Sunday” talassemiya mərkəzində, Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən “Xalid İbn Valid” məscidində, Qambiyada və Qvineya-Bisauda iftar məclisləri təşkil olunub.

Aidiyyəti ölkələrdəki diplomatik nümayəndəliklərimiz ilə sıx koordinasiya çərçivəsində həyata keçirilmiş sözügedən tədbirlər əsasən müsəlman ölkələrində və müsəlmanların çoxluq təşkil etdiyi cəmiyyətlərdə aztəminatlı əhali qruplarına dəstək məqsədi daşıyır.

İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı məkanını əhatə edən bu təşəbbüslər eyni zamanda, ölkəmizin yüksək mənəvi dəyərlərə, humanizm prinsiplərinə və əsrlər boyu formalaşmış multikulturalizm ənənələrinə sadiqliyini əks etdirir.

Əvvəlki Yazı

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

Növbəti Yazı

Türkiyədəki azərbaycanlı rəssamların yeni layihələrə cəlb olunması nəzərdə tutulur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.