İyun 28, 2026-9:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Türkiyədəki azərbaycanlı rəssamların yeni layihələrə cəlb olunması nəzərdə tutulur

2026:03:20 - 12:35
in MƏDƏNİYYƏT
A A

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov uzun illərdir İstanbulda yaşayan azərbaycanlı rəssamlar və dekorativ sənət ustaları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Topkapı Mədəniyyət Məhəlləsinin simpoziumlar salonunda baş tutan görüşdə Türkiyədə Azərbaycan milli mədəniyyətinin təbliği və bu istiqamətdə həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparılıb.

Xüsusilə, Azərbaycan və Türkiyə arasında xəttatlıq, miniatür, sulu boya, akvarel və keramika sahələrində təcrübə mübadiləsinin həyata keçirilməsi, ustad dərslərinin (seminarların) və birgə sənət düşərgələrinin təşkilinə dair təkliflər müzakirə olunub.

Görüşdə, həmçinin Azərbaycan rəssamlarının əsərlərinin Türkiyədə beynəlxalq incəsənət sərgilərində nümayişi və onların Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən layihələrdə fəal iştirakı məsələləri ilə bağlı rəssamların təklifləri dinlənilib.

Azərbaycanın Əməkdar rəssamı Teymur Rzayev, tanınmış rəssamlar Hicran Əlioğlu, Tarıyel Əlizadə, Vaqif Zeyidquliyev, Ramilə Əliyeva və gənc rəssamlar fəaliyyətləri haqqında danışaraq, onların sənətinə diqqət və qayğı göstərildiyi, təşəbbüslərinin dəstəkləndiyi üçün Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

Yekunda müzakirələr əsasında konkret layihələr və təkliflərin hazırlanması razılaşdırılıb.

Əvvəlki Yazı

Azərbaycan Ramazan ayında bir sıra ölkələrdə yardım kampaniyaları reallaşdırıb

Növbəti Yazı

İnsanın təbiətlə vəhdətinin ali rəmzi – səməni

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.