“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç “X” sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, danışıqlarda ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub. O həmçinin qeyd edib ki, növbəti görüş iyunda Bakıda keçiriləcək.
“Danışıqlar məhsuldar, gələcəyə yönəlmiş müzakirələrə gətirib çıxarıb. İkitərəfli saziş və tərəfdaşlıq prioritetləri üzrə irəliləyiş müşahidə olunur. Tərəflər (danışıqların – red.) tempini qorumaq üçün iyunda Bakıda görüşü bərpa edəcəklər”, – Kuyundziç bildirib.
