Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2026-cı ilin yanvar–mart ayları ərzində ayrılmış güzəştli kreditlərin 33,6 faizi kənd təsərrüfatı, 48,7 faizi xidmət, 17,7 faizi isə sənaye sahələrinə yönəldilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qeyd edilən dövr ərzində maliyyələşdirilmiş layihələrin 85 faizi, güzəştli kredit məbləğinin isə 47 faizi muxtar respublikanın regionlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.
Cari ilin yanvar–mart ayları ərzində Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 33 layihənin maliyyələşdirilməsinə 1,6 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş güzəştli kreditlərin məbləği 20,9 faiz artıb.
Maliyyələşdirilmiş kreditlər hesabına 71 yeni iş yeri yaradılması nəzərdə tutulur.
