Aprel 25, 2026-10:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan və Koreya daşınmaz əmlakın qeydiyyatında əməkdaşlığı müzakirə edib

2026:04:22 - 16:51
in İQTİSADİYYAT
A A
Azərbaycan Koreya ilə daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində təcrübə mübadiləsi aparıb.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti istinadən xəbər verir.

Bildirilib ki, Dövlət Xidmətinin nümayəndə heyəti Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Koreya Torpaq və Geoməkan İnformatika Korporasiyası, o cümlədən Koreya Daşınmaz Əmlak Şurası və “Wavus” şirkətində kadastr və daşınmaz əmlakın qeydiyyatı, geodeziya və milli məkan məlumatları sahələrində təcrübə mübadiləsi aparmaq, qarşılıqlı əməkdaşlığı genişləndirmək məqsədilə bir sıra görüşlər keçirib.

Nümayəndə heyəti adıçəkilən dövlət qurumlarının fəaliyyətləri, informasiya sistemləri, eləcə də tətbiq olunan yeniliklər və həyata keçirilən uzunmüddətli strateji dövlət proqramları ilə tanış olub. Koreyalı mütəxəssislər tərəfindən daşınmaz əmlakın kadastrı sahəsində aparılan rəqəmsallaşdırma işləri, xəritəçəkmə, geodeziya, milli məkan məlumatları, daşınmaz əmlakın qiymətləndirilməsi və bu sahələrdə istifadə olunan süni intellekt həlləri barədə təqdimatlar edilib.

Dövlət Xidmətinin əməkdaşları Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində tətbiq olunan proqram təminatları, informasiya sistemləri barədə məlumat veriblər.

İki ölkə arasında əməkdaşlığı dərinləşdirmək, rəqəmsal kadastr və daşınmaz əmlakın qeydiyyatı sistemləri üzrə təcrübə mübadiləsini davam etdirmək barədə razılıq əldə olunub.

Əvvəlki Yazı

Azərbaycanın xarici siyasəti yeni çağırışlara, hədəflərə doğru istiqamətlənib

Növbəti Yazı

Deputat: Ermənistanın azərbaycanlıların irsinə qarşı kulturosidi davam edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.