Aprel 25, 2026-9:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın xarici siyasəti yeni çağırışlara, hədəflərə doğru istiqamətlənib

2026:04:22 - 16:46
in SİYASƏT
A A

Aprelin 17-19-da Antalyada beşinci Diplomatiya Forumu öz işinə başladı. Foruma 150-dən çox dövlətdən beş minə yaxın iştirakçı qatıldı. Bu da ilk növbədə artıq beşinci ildir ki, fəaliyyət göstərən Antalya Forumunun ilbəil daha böyük aktuallıq qazandığının, regional və beynəlxalq məsələlərin həllində geniş platformaya çevrildiyinin və onun artan siyasi nüfuzunun göstəricisidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə budəfəki forumda da Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Prezident İlham Əliyev forum çərçivəsində dövlət və hökumət başçıları ilə bir sıra vacib görüşlər həyata keçirib.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Sultan Zahidov bildirib.

O qeyd edib ki, forumun ilk günündə Moldova Prezidenti Maya Sandu, eyni zamanda, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü dövlətimizin başçısının gündəliyinin kifayət qədər sıx və zəngin olduğuna işarə idi. Növbəti gün isə Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşləri baş tutdu. Bütün bu görüşlər Azərbaycanın Antalya Diplomatiya Forumunda fəal iştirakına dəlalət edir.

Sultan Zahidov, həmçinin bildirib ki, Antalya Diplomatiya Forumunun əsas müzakirə mövzularından biri regional münaqişələrin həlli yolları idi. Bildiyimiz kimi, hazırda Yaxın Şərqdə eskalasiya səngimir. ABŞ, İsrail və İran eskalasiyası, atəşkəsə baxmayaraq, bu münaqişənin yenidən alovlanmaq riski var. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi hələ də bitməyib. Sözsüz ki, bu kimi məsələlərin, o cümlədən Qəzza və Livanda baş verənlərin müzakirəsi bu forumun əsas gündəlik mövzuları sırasında idi. Azərbaycanın bu kimi mötəbər tədbirdə iştirakı ölkəmizin regional və beynəlxalq problemlərin həllində aparıcı rollardan birini oynadığını göstərir.

“Forumun adından da göründüyü kimi, bu gün həqiqətən də beynəlxalq hüququn böhranı, beynəlxalq institutların qeyri-effektivliyi və çoxtərəfliliyin zədələnməsi fonunda dünya siyasətində ciddi qeyri-müəyyənlik hökm sürməkdədir. Hazırkı münaqişələrin həll olunmaması və münaqişələrin spektrinin daha da genişlənməsi sözsüz ki, Antalya Forumunun da əsas müzakirə mövzuları sırasında idi. Bu baxımdan Azərbaycanın burada aktiv rol alması təsadüfi deyil. Artıq uzun illərdir ki, ölkəmizin çoxtərəfli və balanslı xarici siyasəti nəticəsində bütün dövlətlərlə, regional qonşu ölkələrlə, qlobal güclərlə kifayət qədər müsbət münasibətlər qurulub. Azərbaycan regional məsələlərin həllində aktiv rol alıb. COVID-19 zamanı Azərbaycanın ayırdığı humanitar yardımlar, ekologiya ilə bağlı COP29 tədbirinə ev sahibliyi etməsi ölkəmizin qlobal problemlərin həllində də mühüm rol oynadığını göstərir. Eyni zamanda, ölkəmizin şimalında və cənubunda eskalasiya mühiti cərəyan edərkən, Azərbaycanda və Qafqaz regionunda sabitlik, əmin-amanlıq hökm sürməkdədir. Bu sabitliyin də əsas memarı məhz Azərbaycandır. Öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan Ermənistanla sülh prosesini başladıb. Nəticədə Vaşinqton Bəyannaməsi imzalanıb ki, bu da iki ölkə arasında 30 ildən çox davam edən münaqişəli vəziyyətə son qoyub. Bundan sonra Azərbaycanın xarici siyasətində transformasiyanın şahidi olmaqdayıq. Artıq Azərbaycan xarici siyasəti yeni çağırışlara, hədəflərə doğru istiqamətlənib. Antalya Diplomatiya Forumu çərçivəsində Prezident İlham Əliyevin bütün bu görüşləri, çıxışları və apardığı müzakirələr Azərbaycanın həm regionda, həm də dünyada sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olduğunu bir daha nümayiş etdirdi”, – deyə S.Zahidov vurğulayıb.

Əvvəlki Yazı

Mikroneziya və Marşal Adaları Bakı Mərkəzi ilə əməkdaşlıq etmək istəyir

Növbəti Yazı

Azərbaycan və Koreya daşınmaz əmlakın qeydiyyatında əməkdaşlığı müzakirə edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.