Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələri üzrə işə qəbul müsabiqəsinə start verilir.
Regional idarədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müsabiqə təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq və katibə vəzifələrini əhatə edir. Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanından ibarət olacaq. Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə qeydiyyatdan keçə bilərlər. İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə isə yalnız müvafiq tələblərə cavab verən namizədlərin qeydiyyatdan keçməsi tələb olunur.
Qeydiyyat avqustun 21-i saat 18:00-dək davam edəcək.
