İyul 1, 2026-22:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycandakı ictimai-siyasi sabitlik qazanılan tarixi nailiyyətlərin fundamental əsasını təşkil edir 

2026:07:01 - 14:50
in SİYASƏT
A A

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müxtəlif sınaq və çətinliklərdən keçsə də, bu dövr ölkənin iqtisadi, siyasi və sosial inkişafı, eləcə də əldə olunan mühüm tarixi nailiyyətlərlə yadda qalıb. Bu uğurlar arasında ən önəmlilərindən biri ölkədə möhkəm ictimai-siyasi sabitliyin təmin edilməsidir. Çünki davamlı inkişaf, vətəndaş həmrəyliyi və dövlət quruculuğu məhz sabitlik şəraitində mümkün olur. İctimai-siyasi sabitlik, dövlətə və onun rəhbərliyinə ictimai etimad ölkənin tərəqqisinin əsas şərtlərindən biridir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs Azərbaycanda sarsılmaz sabitliyin qorunmasını təmin etməklə yanaşı, ölkənin qazandığı bütün tarixi uğurların və qələbələrin möhkəm təməlini təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, həyata keçirilən məqsədyönlü strategiya nəticəsində əldə olunan iqtisadi uğurlar konkret rəqəmlərdə öz əksini tapır. Belə ki, qeyri-neft sektorunun ümumi daxili məhsulda (ÜDM) payının 70 faizdən çox olması, xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etməsi, eləcə də ölkə iqtisadiyyatına 350 milyard dollaradək birbaşa investisiyanın cəlb edilməsi, yoxsulluq və işsizlik səviyyəsinin minimuma endirilməsi bilavasitə Azərbaycandakı daxili sabitliyin və iqtidar-xalq birliyinin parlaq nəticəsidir.

“Bu gün Azərbaycan beynəlxalq arenada dünyaya açılan etibarlı tərəfdaşlıq qapısı hesab olunur. Dövlətimizin başçısı İlham Əliyev beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı münasibətlərin inkişafına və vətəndaşların rifah halının yüksəldilməsinə xüsusi önəm verir. Azərbaycanın müstəqilliyinin və suverenliyinin tam bərpası, əhalinin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi, ölkəmizin qlobal miqyasda böyük nüfuz qazanması məhz dövlətimizin başçısının titanik fəaliyyətinin və xidmətlərinin real ifadəsidir”, – deyə deputat bildirib.

O qeyd edib ki, ölkədə neft-qaz sənayesi ilə yanaşı, aqrar sektorun inkişafı istiqamətində də köklü islahatlar aparılır. Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına həsr olunmuş müşavirələri, eləcə də bu günlərdə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsulları emalı və istehsalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkəmizin neftdən asılılığının aradan qaldırılması istiqamətində atılan növbəti mühüm addımdır. Bu proqram iqtisadiyyatın şaxələndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən kompleks tədbirlərin əhatə dairəsini daha da genişləndirir.

T.Rzayev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, tikinti, abadlıq və irimiqyaslı quruculuq işləri öz möhtəşəmliyi ilə seçilir. Azad edilmiş torpaqlarda reallaşdırılan bu böyük layihələr Azərbaycan iqtisadiyyatının dinamik, davamlı və dayanıqlı inkişaf potensialının növbəti əyani sübutudur. Sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına bugünkü günədək 17 milyard dollara yaxın investisiya yönəldilib

“Hazırda ölkə iqtisadiyyatının şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi, habelə bərpaolunan və alternativ enerji növlərinin istehsalının artırılması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətləridir. Əldə olunan yüksək makroiqtisadi göstəricilər nəinki ölkə vətəndaşları, həmçinin nüfuzlu beynəlxalq maliyyə qurumları, xarici dövlətlər və aparıcı ictimai-siyasi xadimlər tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda mütəmadi olaraq keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər və forumlar ölkəmizin qlobal miqyasda yüksək nüfuzundan və dinamik inkişafından xəbər verir.

Azərbaycan Prezidentinin yürütdüyü xarici və daxili siyasətin ali məqsədi ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, xalqın rifah halının yüksəldilməsi, dövlətin suverenliyinin və ərazi bütövlüyünün qətiyyətlə qorunmasıdır. Bu məqsədlə keçirilən bütün forumlar, ikitərəfli görüşlər və xarici səfərlər birbaşa Azərbaycanın gələcək inkişaf perspektivlərinin təmin olunmasına hesablanıb. Bu inkişaf dinamikası, beynəlxalq arenada qazanılan diplomatik uğurlar və ölkə rəhbərliyinin müdrik xarici siyasi kursu əminliklə deməyə əsas verir ki, Azərbaycanın nailiyyətləri bundan sonra da davamlı olaraq artacaq və xalqımız özünün daha parlaq gələcəyinə doğru inamla addımlayacaq”, – deyə T.Rzayev vurğulayıb.

Əvvəlki Yazı

Əziz Ələkbərli: Sonuncu deportasiya zamanı İrəvandan çıxanların tam siyahısının tərtib olunması prosesi yekunlaşır

Növbəti Yazı

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.