İyul 10, 2026-21:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir 

2026:07:10 - 17:40
in SİYASƏT
A A

Azərbaycan Prezidenti İlham Əliyevə etimadla bağlı keçirilən son rəy sorğusunun nəticələri Azərbaycan xalqının dövlət başçısına böyük inam, etimad və hörmət bəslədiyini bir daha nümayiş etdirir. Son prezident seçkilərində də insanların böyük həvəslə, qürur hissi ilə seçki məntəqələrinə gələrək Prezident İlham Əliyevə səs verməsinin şahidi olduq. Gün ərzində seçki məntəqələrində müşahidə olunan yüksək fəallıq xalqın dövlət başçısına olan inam və etibarının bariz nümunəsi idi. Son rəy sorğusunun nəticələri də bu reallığı bir daha təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Politoloq bildirib ki, Prezident İlham Əliyev müdrik, uzaqgörən və praqmatik siyasət yürüdən liderdir. Dövlətimizin başçısının siyasətinin əsasını Azərbaycan xalqının maraqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi, sosial rifahın yüksəldilməsi və insanların təhlükəsiz, rahat, firavan həyat şəraitinin yaradılması təşkil edir. Eyni zamanda, Prezident İlham Əliyev beynəlxalq miqyasda da nüfuzlu, etibarlı və hörmətlə qarşılanan dövlət xadimidir. Bu amillər də ölkə daxilində ona olan yüksək ictimai etimadın formalaşmasında mühüm rol oynayır.

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın milli maraqlarına əsaslanır. İqtisadiyyatın gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, qlobal enerji layihələrinin uğurla reallaşdırılması, işğaldan azad olunmuş ərazilərin sıfırdan bərpası və həmin bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin icrası onun xalq arasında nüfuzunu daha da möhkəmləndirən əsas amillərdəndir.

Əlbəttə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, həmçinin sonrakı dövrdə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən mühüm nailiyyətlərindəndir. Bu gün Azərbaycan xalqı məhz bu uğurlara görə öz Prezidentinə yüksək etimad göstərir”, – deyə o əlavə edib.

S.Kərimli, həmçinin diqqətə çatdırıb ki, dünyanın müxtəlif bölgələrində münaqişələrin və müharibələrin davam etdiyi bir dövrdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunması da Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Ermənistanla münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində də mühüm nəticələr əldə edib. Əgər bir neçə il əvvəl Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirirdisə, bu gün sülh prosesində daha konstruktiv yanaşma sərgiləməyə başlayıb.

Bu gün Azərbaycan beynəlxalq aləmdə Cənubi Qafqazın aparıcı dövləti, güclü və nüfuzlu ölkəsi kimi qəbul edilir. Dünyanın aparıcı dövlətləri Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Bütün bu amillər Prezident İlham Əliyevin həm beynəlxalq nüfuzunu, həm də Azərbaycan cəmiyyətində ona olan inam və etimadı daha da möhkəmləndirir.

Əvvəlki Yazı

Halit Hamzaoğlu: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlara imza atıb

Növbəti Yazı

Politoloq: Prezident İlham Əliyevə yüksək etimadın əsasında milli maraqlara söykənən siyasət dayanır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.