Aprel 20, 2026-19:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycandan Özbəkistana şəkər ixracı kəskin artıb

2026:04:20 - 17:33
in İQTİSADİYYAT
A A

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Özbəkistana 9 milyon 506,35 min ABŞ dolları dəyərində 13 min 346,1 ton ağ şəkər ixrac edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində təxminən 30,7 min dəfə, həcm baxımından isə 44,5 min dəfə artıb.

2025-ci ilin yanvar-fevral aylarında isə Azərbaycandan Özbəkistana cəmi 310 ABŞ dolları dəyərində 300 kiloqram ağ şəkər ixrac olunmuşdu.

Hesabat dövründə Azərbaycan Özbəkistandan əlavə Türkmənistan, Qırğızıstan, Tacikistan, eləcə də Rusiya və Gürcüstana da ağ şəkər ixrac edib.

Yeri gəlmişkən, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 44,2 min ton şəkər və qənd istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33,5% artıb.

Cari ilin ilk iki ayında Azərbaycandan xarici bazarlara ümumilikdə 13 milyon 528 min ABŞ dolları dəyərində ağ şəkər ixrac edilib. Bu, illik müqayisədə 4,3 dəfə artım deməkdir. İdxalın dəyəri isə 2 milyon 741 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,5% azdır.

Onu da bildirək ki, yanvar-fevral aylarında Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi 58 milyon 660 min ABŞ dolları təşkil edib.

Əvvəlki Yazı

Azərbaycanın latın qrafikasına keçid prosesi: ziyalı təşəbbüslərindən rəsmi qərarlara qədər

Növbəti Yazı

Bəzi əhəngdaşı və qum-çınqıl yataqları “AzerGold”un istifadəsinə verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.