Aprel 20, 2026-19:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanın latın qrafikasına keçid prosesi: ziyalı təşəbbüslərindən rəsmi qərarlara qədər

2026:04:20 - 17:26
in SOSİAL
A A

Azərbaycanın latın qrafikalı əlifbaya keçid prosesi I Türkoloji Qurultaydan əvvəl başlamışdı. Mirzə Fətəli Axundzadədən sonra Məhəmməd ağa Şahtaxtlı, Yusif Vəzir Çəmənzəminli və Fərhad Ağazadə kimi ziyalılar bu sahədə işlər görmüşdülər. 1919-cu ilin martında, Azərbaycan Cümhuriyyəti dövründə yeni əlifba layihəsi hazırlamaq üçün sədri Fərhad Ağazadə olan 8 nəfərlik (Xudadat Məlik-Aslanov, Abdulla Tağızadə, Məhəmməd Əmin Əfəndizadə, Həmid Şahtaxtlı, Azad Əmirov, Əhməd Pepinov və Hüseyn İsrafilbəyov) xüsusi komissiya yaradıldı. Komissiyaya üç layihə (Məmmədağa Şahtaxtlı, Abdulla bəy Əfəndizadə, həmçinin Abdulla Tağızadə və Mirəziz Seyidovun birgə layihəsi) təqdim olundu. Onlardan Abdulla bəy Əfəndizadənin latın qrafikasına keçidlə bağlı layihəsi bəyənilir. Layihə 1919-cu il avqustun 20-dən sentyabrın 1-dək Bakıda keçirilən müəllimlər qurultayında təsdiqləndikdən sonra parlamentə təqdim edildi. Lakin Cümhuriyyətin süqutu səbəbindən proses başa çatmadı.

Bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, türkoloq Güllü Yoloğlunun AZƏRTAC-a təqdim etdiyi “Azərbaycanın latın qrafikasına keçid prosesi” məqaləsində yer alıb. Məqalədə qeyd olunub ki, sovet dövründə Azərbaycanda “latınçı”ların fəal işi və yeni hökumətin radikal islahatlara meyli nəticəsində latın qrafikasına keçid qəbul edildi. 1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında 5 nəfərlik (Səməd Ağamalıoğlu, Fərhad Ağazadə, Xudadat Məlik-Aslanov, Abdulla Tağızadə və Əhməd Pepinov) Yeni Türk Əlifbası Komitəsi (AYTƏK) yaradıldı.

Həmin il AYTƏK-in Şuşa, Qazax, Tovuz, Gəncə, Şəki, Ağdam, Şəmkir, Zaqatala, Göyçay, Ağdaş, Sabirabad, Salyan, Şamaxı, Türküstan, İrəvan və Tiflisdə, 1923-cü ildə isə Quba və Cəbrayılda yerli təşkilatları yaradılır. Bakıda “Yeni yol”, Tiflisdə isə “İşıqlı yol” qəzetləri yeni əlifba ilə nəşr olunur. Layihələri yenə eyni şəxslər təqdim etsə də, daha çox Abdulla Tağızadə və Mirəziz Seyidovun layihəsindən istifadə edildi. 1923-cü il 20 oktyabr qərarı ilə yeni əlifba ərəb əlifbası ilə bərabərhüquqlu sayıldı, 1924-cü il 27 iyun qərarı ilə isə məcburi dövlət əlifbasına çevrildi. Bununla yanaşı, Avropa rəqəm sistemi də qəbul olundu.

1928-ci il 21 iyul qərarı (sonradan təsdiqlənmiş) ilə 1929-cu il yanvarın 1-dən etibarən ərəb əlifbası rəsmi olaraq latın əlifbası ilə əvəz olundu. 1929-cu ildən sovet hökuməti ərəb əlifbasının istifadəsini qadağan etdi. Bu məqsədlə kitabların kütləvi şəkildə məhv edilməsi də aparılırdı.

AYTƏK-in 1923-cu il oktyabrın 1-dən 1924-cü il oktyabrın 1-dək olan hesabatına görə, bir il ərzində savadsızlığın aradan qaldırılması məqsədilə 26 adda, 334 min tirajla dərsliklər, uşaq ədəbiyyatı və müxtəlif kitabça-broşürlər çap olunmuşdu.

Yeni Türk Əlifbası Komitəsi və digər nəşriyyatlar tərəfindən 1928-ci ilin 1 noyabrına qədər isə 473 adda, 2 milyon 377 min 350 tirajla kitab nəşr edilmişdi. Həmin dövrdə yeni əlifba ilə bağlı müzakirələr davam edirdi: komissiyalar yaradılır, Türküstan, Krım və Dağıstana səfərlər edilir, məsələ Türkoloji Qurultayda geniş müzakirə olunurdu. Azərbaycan SSR latın qrafikasına keçdikdən beş il sonra Türkiyə də bu əlifbanı qəbul etdi. Lakin təxminən on il sonra Stalin bu prosesə qarşı çıxaraq Sovet İttifaqının türk xalqları üçün Kirill əlifbasının tətbiqinə başladı.

Əvvəlki Yazı

Azərbaycan kartof ixracından gəlirini 73 % artırıb

Növbəti Yazı

Azərbaycandan Özbəkistana şəkər ixracı kəskin artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.