İyun 22, 2026-23:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın beynəlxalq nüfuzu və inkişaf modeli diqqət mərkəzindədir

2026:06:22 - 16:10
in SİYASƏT
A A

Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə formalaşdırdığı inkişaf modelinin əsas istiqamətlərini və beynəlxalq mövqeyini bir daha nümayiş etdirdi. Çıxışda diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsi oldu. İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına Bakının ikinci dəfə ev sahibliyi etməsi beynəlxalq maliyyə institutlarının və tərəfdaş ölkələrin Azərbaycana olan yüksək etimadının göstəricisidir. Son illərdə qlobal tədbirlərin Azərbaycanda keçirilməsi də bu etimadın təsadüfi olmadığını təsdiqləyir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.

O bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasında ölkənin çoxtərəfli platformalarda fəal iştirakı mühüm rol oynayıb. Xüsusilə BMT Təhlükəsizlik Şurasına üzvlüyü dövründə və Qoşulmama Hərəkatına sədrliyi zamanı Azərbaycan beynəlxalq hüququn fundamental prinsiplərinin, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün ardıcıl müdafiəçisi kimi çıxış edib. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın irəli sürdüyü təşəbbüslər, o cümlədən qlobal həmrəylik və inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi istiqamətində atdığı addımlar geniş beynəlxalq dəstək qazanıb. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra regionda formalaşan yeni reallıqlar da xüsusi vurğulanıb. Uzun illər ərzində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra edilməməsi beynəlxalq münasibətlər sistemində mövcud problemləri üzə çıxarsa da, Azərbaycanın öz gücü və beynəlxalq hüquqa əsaslanan mövqeyi nəticəsində ərazi bütövlüyünü təmin etməsi ölkənin diplomatik və siyasi imkanlarının göstəricisi kimi qiymətləndirilir.

Siyasi şərhçi qeyd edib ki, enerji və nəqliyyat sahələrində əldə olunan nailiyyətlər də Azərbaycanın regional iqtisadi mərkəz kimi rolunu gücləndirir. Hazırda 16 ölkəyə təbii qaz ixrac edən Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşlardan birinə çevrilib. Eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkə regional logistika qovşağı kimi strateji əhəmiyyətini artırır. Yaşıl keçid siyasəti də dövlətin əsas prioritetlərindən biri olaraq qalır. 2032-ci ilədək 8 giqavat həcmində Günəş və külək enerjisi gücünün yaradılması planı Azərbaycanın bərpaolunan enerji sahəsində iddialı hədəflərini nümayiş etdirir.

“Beləliklə, Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarındakı çıxışı Azərbaycanın qarşıdakı dövr üçün strateji prioritetlərini – sabitliyi, iqtisadi şaxələndirməni, yaşıl keçidi və beynəlxalq əməkdaşlığın gücləndirilməsini aydın şəkildə ortaya qoyur. Eyni zamanda, çıxış Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində qazandığı dəstəyin, artan diplomatik nüfuzunun və qlobal proseslərdə fəal iştirakının növbəti təsdiqi kimi qiymətləndirilə bilər”, – deyə F.Şahbazlı vurğulayıb.

Əvvəlki Yazı

Xəzər dənizində batan 4 nəfərdən 2-nin meyiti sudan çıxarılıb, digərlərinin axtarışı davam etdirilir

Növbəti Yazı

Azərbaycan Ordusu müstəqilliyimizin və təhlükəsizliyimizin etibarlı təminatçısıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.