İyun 22, 2026-23:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Ordusu müstəqilliyimizin və təhlükəsizliyimizin etibarlı təminatçısıdır

2026:06:22 - 16:25
in SİYASƏT
A A

Azərbaycan Silahlı Qüvvələrinin bugünkü gücü və qüdrəti təsadüfi şəkildə formalaşmayıb. Bu nailiyyətlərin əsasında onilliklər ərzində həyata keçirilən məqsədyönlü və ardıcıl ordu quruculuğu siyasəti dayanır. Həmin siyasətin təməli 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlməsi ilə qoyulub. O dövrdə milli hərbi kadrların çatışmazlığı ciddi problem olsa da, Heydər Əliyevin təşəbbüsü ilə bu sahədə mühüm addımlar atılıb. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması gələcək Azərbaycan Ordusu üçün peşəkar zabit korpusunun formalaşmasında mühüm rol oynayıb. Eyni zamanda, minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu ali hərbi məktəblərində təhsil almasına şərait yaradılıb ki, bu da gələcək müstəqil dövlətin hərbi potensialının əsasını təşkil edib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.

O bildirib ki, müstəqilliyin ilk illərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət ordu quruculuğuna da mənfi təsir göstərib. Vahid komandanlığın olmaması, müxtəlif silahlı dəstələrin fəaliyyəti və Ermənistanın hərbi təcavüzü Azərbaycan dövlətçiliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vəziyyət köklü şəkildə dəyişməyə başladı. Nizami ordu quruculuğu sürətləndirilib, qanunsuz silahlı birləşmələr ləğv olunub və vahid komandanlığa tabe olan Silahlı Qüvvələr formalaşdırılıb. 1994-cü il mayın 12-də əldə edilən atəşkəs isə ordu quruculuğu prosesinin daha sistemli və planlı şəkildə həyata keçirilməsinə imkan yaradıb.

Sonrakı illərdə hərbi təhsil, idarəetmə və qanunvericilik sahələrində mühüm islahatlar həyata keçirilib. 1998-ci ildə 26 İyun – Silahlı Qüvvələr Günü təsis olunub, 1999-cu ildə Hərbi Akademiya yaradılıb, 2001-ci ildə isə hərbi təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib. Azərbaycanın NATO ilə əməkdaşlığı genişlənib, ölkəmiz “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub və beynəlxalq hərbi təcrübənin öyrənilməsi istiqamətində mühüm addımlar atılıb. Bütün bunlar Azərbaycan Ordusunun müasir standartlara uyğun inkişafına möhkəm zəmin yaradıb.

“Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, hərbi büdcə dəfələrlə artırılıb, ən müasir silah və texnika nümunələri Silahlı Qüvvələrin arsenalına daxil edilib. Bununla yanaşı, ölkədə hərbi sənaye kompleksi formalaşdırılıb, müdafiə sənayesinin yerli istehsal imkanları genişləndirilib. Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və əməkhaqlarının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Orduda aparılan islahatların real nəticələri döyüş meydanında özünü aydın şəkildə göstərib. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu strateji əhəmiyyətli yüksəklikləri azad edərək düşmənə ciddi zərbə vurub. 2018-ci ildə Naxçıvan istiqamətində həyata keçirilən Günnüt əməliyyatı nəticəsində geniş ərazilər nəzarətə götürülüb. Bu uğurlar Azərbaycan Ordusunun regionun ən güclü və peşəkar hərbi qüvvələrindən birinə çevrildiyini nümayiş etdirib”, – deyə Ə.Məhərrəmzadə vurğulayıb.

Deputat qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi isə uzun illər ərzində həyata keçirilən ordu quruculuğu siyasətinin ən böyük sınağı və ən parlaq nəticəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan ərazilərin böyük hissəsini azad etdi. Döyüş əməliyyatları nəticəsində bir sıra şəhər, qəsəbə və kəndlər işğaldan qurtarıldı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarıldı. Beləliklə, ölkəmizin ərazi bütövlüyü bərpa olundu və tarixi ədalət təmin edildi.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələndi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını, peşəkarlığını və qarşıya qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirmək qabiliyyətini bir daha nümayiş etdirdi.

“Bu gün Azərbaycan Ordusu müasir silahlanmaya, peşəkar zabit heyətinə, yüksək döyüş ruhuna və zəngin hərbi təcrübəyə malikdir. Komando birliklərinin yaradılması, Milli Müdafiə Universitetinin fəaliyyəti, Türkiyə ilə strateji hərbi əməkdaşlığın inkişafı və beynəlxalq tərəfdaşlıqlar Silahlı Qüvvələrimizin daha da güclənməsinə xidmət edir. Bütün bunlar göstərir ki, güclü ordu Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin, suverenliyinin və milli maraqlarının etibarlı təminatçısıdır”, – deyə Milli Məclisin deputatı əlavə edib.

Əvvəlki Yazı

Azərbaycanın beynəlxalq nüfuzu və inkişaf modeli diqqət mərkəzindədir

Növbəti Yazı

Dövlət Proqramı aqrar sektorda yeni inkişaf mərhələsinin əsasını qoyur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.