Avqust 21, 2026-20:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanın ƏTİT-ə üzvlük prosesinin tamamlanması müzakirə edilib

2026:03:05 - 13:46
in İQTİSADİYYAT
A A
Azərbaycanın Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına (ƏTİT) üzvlük prosesinin yaxın zamanda tamamlanması, təşkilata üzv ölkələr arasında kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsinin artırılması və ticarətin asanlaşdırılması məsələləri müzakirə olunub.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr Bakıda kənd təsərrüfatı naziri Məcnun Məmmədov və ƏTİT-in baş direktoru Berik Arın arasında görüşdə aparılıb.

Bundan başqa görüşdə Azərbaycanın milli maraqlarına və kənd təsərrüfatı siyasəti prioritetlərinə uyğun beynəlxalq layihələrin həyata keçirilməsi, təşkilata üzv ölkələrin iş adamları arasında əlaqələrin genişləndirilməsi, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri də müzakirə olunub.

Nazir bildirib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. O, Azərbaycanın qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, ölkənin ƏTİT ilə kənd təsərrüfatı sahəsində səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunu vurğulayıb.

ƏTİT-in baş direktoru isə rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi proqramlar haqqında məlumat verib. O, Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verildiyini, aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə edib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Politico: Makron hesab edir ki, Avropa ABŞ-ın İspaniyaya qarşı təhdidlərinə cavab verməlidir

Növbəti Yazı

Reuters: İraq limanı yaxınlığında baş verən partlayış nəticəsində tanker Sonangol Namibe-yə ziyan dəyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.