Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Avropa ABŞ-ın İspaniyaya qarşı təhdidlərinə “vahid cavab verməlidir”. Bu barədə “Politico” Fransa liderinə yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, 4 martda Makron İspaniyanın Baş naziri Pedro Sançesə zəng edərək ABŞ-ın krallıqla ticarət əlaqələrini kəsməklə bağlı təhdidlərini müzakirə edib. “Avropa birləşməlidir, Avropa üzvlərinin birinə, o cümlədən ticarət məsələlərində hücum edildikdə yekdilliklə cavab verməlidir”, – deyə mənbə Makronun sözlərini sitat gətirib. (Tass)
