“Azərsun Holdinq” MMC-yə məxsus “Azərsüd” MMC nizamnamə kapitalı 2 milyon 737,3 min manat və yaxud 18,25 % artıraraq 15 milyon manatdan 17 milyon 737,3 min manata çatdırdığını elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
“Azərsüd” 2019-cu ildə dövlət qeydiyyatına alınıb, Kürdəmir rayonunun Atakişili kəndində 10 hektar ərazidə yaradılmış süd emalı zavodunu idarə edir.
