Cari ilin yanvar-may aylarında “AzərEnerji” ASC 4,7 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 milyon dollar və ya 2 dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın iyun sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında “AzərEnerji” ASC-nin ixrac gəlirləri 2,4 milyon dollar olub.
