İyul 2, 2026-21:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AZSET beynəlxalq bakalavr təhsil proqramına qeydiyyat aparılır

2026:07:02 - 16:40
in SOSİAL
A A

“AZCON Holding” və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, Avropanın nüfuzlu Münxen Texniki Universitetinin (TUM) akademik dəstəyi ilə həyata keçirilən AZSET beynəlxalq bakalavr təhsil proqramına qeydiyyat davam edir.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq akademik standartları sənaye təcrübəsi ilə birləşdirən proqram hazırda kompüter elmləri ixtisası üzrə beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasına yönəlib.

Proqrama təbiət, texniki, texnoloji və əlaqəli ixtisaslarda təhsil alan, birinci kursu uğurla başa vurmuş və minimum B2 səviyyəsində ingilis dili biliyinə malik tələbələr müraciət edə bilərlər.

Təhsil proqramı tamamilə ingilis dilində tədris olunur. Tədris prosesi Münxen Texniki Universitetinin akademik yanaşması və kurikulumu əsasında təşkil edilir, tələbələrə real layihələr üzərində praktiki təcrübə qazanmaq və “AZCON” ekosistemində karyera imkanlarından yararlanmaq imkanı yaradılır.

Proqramı uğurla başa vuran məzunlara Azərbaycan Texniki Universitetinin dövlət nümunəli bakalavr diplomu ilə yanaşı, “TUM International GmbH” sertifikatı təqdim olunacaq. Yüksək nəticə göstərən tələbələr üçün isə Münxen Texniki Universitetinə tədris səfərləri nəzərdə tutulub.

AZSET proqramına qeydiyyat iyulun 15-dək davam edəcək.

Əvvəlki Yazı

Mustafa Şabanov: Füzulinin irsi ilə bağlı yeni əlyazma aşkar edilib

Növbəti Yazı

Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.