İyul 2, 2026-21:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Mustafa Şabanov: Füzulinin irsi ilə bağlı yeni əlyazma aşkar edilib

2026:07:02 - 16:22
in SOSİAL
A A

Türk dünyasının ortaq mədəni irsinin qorunması və elmi əməkdaşlığın gücləndirilməsi vacib məsələdir. Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən tədbirlər Türk dünyasının elmi və mədəni birliyinin möhkəmlənməsinə xidmət edir

AZƏRTAC xəbər verir ki, bunu VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpoziumda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Mustafa Şabanov söyləyib.

Qeyd olunub ki, UNESCO çərçivəsində Novruz bayramı, “Kitabi-Dədə Qorqud”, lavaş, çay mədəniyyəti, Molla Nəsrəddin lətifələri və digər ortaq irs nümunələrinin beynəlxalq səviyyədə tanıdılması türk dövlətlərinin əməkdaşlığının uğurlu nəticəsidir.

Mustafa Şabanov diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Paxlava/Baklava hazırlanması üzrə sənətkarlıq bilikləri və mədəni təcrübələr” nominasiyası, eləcə də bir neçə türk dövlətinin hazırladığı keçə sənəti nominasiyası hazırda UNESCO-da müzakirə olunur.

Çıxışın ən mühüm məqamlarından biri Füzulinin irsi ilə bağlı yeni əlyazmanın aşkar olunması olub. Mustafa Şabanov bildirib ki, qədim əlyazmada Məhəmməd Füzulinin Azərbaycan türkcəsində qələmə aldığı 300-dən çox qəzəl, qəsidə, rübai və digər şeirləri toplanıb. Onun sözlərinə görə, əlyazma artıq AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun alimlərinin iştirakı ilə tədqiqata cəlb edilir.

O, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının əlyazmanın faksimile və müasir əlifbada nəşrinə maliyyə dəstəyi göstərməyə hazır olduğunu bildirərək, türkoloqları və aidiyyəti elmi qurumları bu istiqamətdə beynəlxalq əməkdaşlığa qoşulmağa çağırıb.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi vurğulayıb ki, simpozium yeni ortaq elmi layihələrin və təşəbbüslərin başlanmasına, Türk dünyasının zəngin mədəni irsinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verəcək.

Əvvəlki Yazı

“Yüksəliş” müsabiqəsinin ekspert heyəti üçün təlimlərə başlanılıb

Növbəti Yazı

AZSET beynəlxalq bakalavr təhsil proqramına qeydiyyat aparılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.