İyun 24, 2026-12:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AzTU ilə NDU arasında anlaşma memorandumu imzalanıb

2026:06:23 - 15:10
in SOSİAL
A A

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında anlaşma memorandumunun imzalanmasına həsr olunan tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. NDU-nun rektoru Elbrus İsayev universitetin son illərdə elm, təhsil və beynəlxalq əməkdaşlıq sahələrində əldə etdiyi nailiyyətlərdən və qarşıda duran hədəflərdən bəhs edib. Bildirib ki, AzTU ilə əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və rəqəmsal dayanıqlılıq sahələrində birgə tədris, elmi-tədqiqat və innovasiya layihələri həyata keçiriləcək.

Rektor qeyd edib ki, təhlükəsizlik əməliyyat mərkəzləri, təhlükə kəşfiyyatı, bulud təhlükəsizliyi, süni intellektin təhlükəsizliyi və məlumatların qorunması istiqamətlərində də tərəflər arasında əməkdaşlıq nəzərdə tutulur.

AzTU-nun rektoru Vilayət Vəliyev isə qeyd edib ki, əməkdaşlığa əsasən süni intellekt, maşın və dərin öyrənmə, generativ süni intellekt, agentəsaslı sistemlər, qərar dəstəyi sistemləri və məsuliyyətli “AI” sahələrində birgə tədqiqat və tədris fəaliyyətləri təşkil olunacaq. Eyni zamanda, doktorantların elmi fəaliyyətinin dəstəklənməsi məqsədilə birgə elmi rəhbərlik, dissertasiya tədqiqatları, seminarlar və mentorluq proqramları reallaşdırılacaq.

Qeyd olunub ki, universitetlər Türk Dövlətləri Təşkilatı, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər donor qurumların maliyyələşdirdiyi beynəlxalq və regional qrant proqramlarında birgə iştirak imkanlarını da araşdıracaqlar.

Daha sonra AzTU ilə NDU arasında anlaşma memorandumu imzalanıb.

Memorandum əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və innovativ layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Sənəddə beynəlxalq və milli qrant proqramları çərçivəsində birgə layihələrin hazırlanması, məqalələrin birgə nəşri, energetika, telekommunikasiya, süni intellekt, “Big Data” və kibertəhlükəsizlik istiqamətlərində birgə laboratoriyaların və innovasiya mərkəzlərinin yaradılması imkanları da əksini tapıb.

Tərəflər, həmçinin elmi konfransların, simpoziumların, qısamüddətli kursların təşkili, ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris təcrübələrinin paylaşılması və elmi-metodik nəşrlərin mübadiləsi sahələrində əməkdaşlıq edəcəklər.

Əvvəlki Yazı

Qarabağın zəngin aqrar potensialı uzunmüddətli perspektivdə iqtisadi fəallığa mühüm töhfə verəcək

Növbəti Yazı

İsrail ordusu “təhdidi aradan qaldırmaq üçün” Livanın cənubuna zərbələr endirəcəyini açıqladı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.