İsrail ordusu Livanın cənubuna yeni hücuma başlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat verib.
Onun açıqlamasına görə, bu, Əli əl-Tahir dağ silsiləsində baş verib. Bəyanatda deyilir ki, orada sözdə təhlükəsizlik zonasında yerləşən İsrail qoşunları silahlı düşmən bölməsini aşkar edib və “təhdidi aradan qaldırmaq üçün” ona zərbə endiriblər.
“İDF təcili təhdidlərin aradan qaldırılması üçün fəaliyyətini davam etdirəcək və Hizbullah terror təşkilatının İsrail vətəndaşlarına və İDF heyətinə zərər verməsinə icazə verməyəcək”, – deyə hərbçilər xəbərdarlıq ediblər.
