İyun 2, 2026-23:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

“Bakı Enerji Həftəsi” enerji sektorunda qazanılan uğurların təqdimatıdır

2026:06:02 - 14:40
in GÜNDƏM
A A

Azərbaycan beynəlxalq dialoq, qlobal əməkdaşlıq məkanı kimi mövqeyini günbəgün möhkəmləndirir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin say tərkibinə, əhatə etdiyi mövzulara diqqət yetirdikdə malik olduğu təcrübələrini bölüşmək, hədəflərə doğru birgə addımlar atmaq istəyi daha aydın görünür. 46 ölkədən 276 şirkəti bir araya gətirən “Bakı Enerji Həftəsi” Azərbaycanın enerji sektorunda qazandığı uğurların, təcrübənin, həmçinin bu sahəyə artan beynəlxalq marağın bir daha təqdimatı oldu. Bu, ölkələrin sayına görə sərgi tarixində rekord göstəricidir. Sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Daimi iştirakçılar isə ümumilikdə sərgi sahəsinin 40 faizini əhatə edir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən başlayaraq ənənəvi keçirilən bu tədbir illər keçdikcə coğrafiyasını daha da genişləndirir, hər dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsi üçün iştirakçı ölkələr, şirkətlər arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. 1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi tarixə “Əsrin müqaviləsi” kimi yazılan sazişin imzalanmasında mühüm dönüş nöqtəsi oldu. İlk sərgi Azərbaycanın enerji diplomatiyasında əhəmiyyətli rol oynadı. Bu gün “Bakı Enerji Həftəsi”nin özündə birləşdirdiyi üç mötəbər tədbirin hər biri – 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” ölkəmizin enerji sektorunda keçdiyi inkişaf yolunu təqdim edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib. Deputat qeyd edib ki, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir: “Dövlətimizin başçısı İlham Əliyev hər zaman çıxışlarında Azərbaycanın enerji təcrübəsindən geniş bəhs edir və bu çağırışı səsləndirir ki, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır.

Malik Həsənov vurğulayıb ki, hər il keçirilən Bakı Enerji Həftəsi ötən bir ildə enerji sektorunda qazanılan uğurların təqdimatı ilə diqqət çəkir: “Bircə faktı qeyd etmək kifayətdir ki, ötən tədbirdə Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyi qeyd edilmişdi. Bu gün isə həmin rəqəm 16-ya çatıb. Onların 10-u Avropa İttifaqına üzv ölkələrdir. Azərbaycanın təbii qaz ixracı həm həcm, həm də coğrafiya baxımından genişlənir. Prezident İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət yönəldərək qeyd edib ki, ölkələrin sayı, əlbəttə, artacaq. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız, görərsiniz ki, biz dünyada birinciyik. Qlobal enerji təhlükəsizliyinə töhfəmiz artacaq. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərqə, Afrikaya və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək”.

Deputat bildirib ki, “Bakı Enerji Həftəsi” bu gün ənənəvi enerji sektoru ilə yanaşı, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrində də mövcud imkanların təqdimatında əhəmiyyətli rol oynayır.“Bakı Enerji Həftəsi” çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlərdə aparılan müzakirələr, müasir dövrün çağırışlarına uyğun olaraq səylərin birləşdirilməsinə yönələn addımlar qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Çıxışlarda bir daha vurğulandı ki, Bakı enerji tərəfdaşlıqlarının gələcəyinin müzakirə olunduğu bir məkandır.

 

Əvvəlki Yazı

Euractiv: Aİ Sumuddakı vəziyyətlə bağlı İsrailə qarşı sanksiyalar hazırlamaq istəyir

Növbəti Yazı

Prezident İlham Əliyevin Qarabağa hər səfəri dövlət-vətəndaş münasibətlərinin yüksək səviyyəsinin göstəricisidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.