Bakı Slavyan Universiteti 2026–2027-ci tədris ili üzrə magistratura səviyyəsində iki yeni ixtisaslaşmaya qəbul elan edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, növbəti tədris ili üzrə magistratura səviyyəsində xüsusi təhsil və sosial psixologiya ixtisaslaşmalarına qəbul aparılır. Müasir əmək bazarının tələblərinə uyğun hazırlanmış bu proqramlar magistrantlara nəzəri biliklərlə yanaşı, peşəkar bacarıqların inkişafı və praktik təcrübə qazanmaq imkanı yaradır.
Keyfiyyətli təhsil mühiti, peşəkar akademik heyət və müasir yanaşmaları ilə Bakı Slavyan Universiteti gələcəyin rəqabətqabiliyyətli mütəxəssislərinin hazırlanmasına töhfə verməyə davam edir.
