Çexiya hökuməti 2027-ci ildə müdafiə xərclərini ÜDM-in 2%-nə çatdırmaq üçün 36 milyard kron (təxminən 1,6 milyard dollar) artırmağı planlaşdırır. Bu barədə Çexiyanın ČTK xəbər agentliyi Baş nazir Andrey Babişə istinadən məlumat yayıb.
Agentlik baş nazirin sözlərini sitat gətirərək bildirib ki, “hökumət gələn il müdafiə büdcəsi xərclərini 36 milyard kron artırmaq istəyir”.
Agentliyin məlumatına görə, Babiş bu açıqlamanı NATO-nun Ankara sammitinə yola düşməzdən əvvəl verib. Görüşdə üzv ölkələrin müdafiə xərcləri müzakirə olunacaq.
