İyul 2, 2026-21:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır

2026:07:02 - 16:05
in SOSİAL
A A

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində magistratura səviyyəsində ilk dəfə olaraq “Biotibbi materiallar” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.

BDU-dan AZƏRTAC-a bildirilib ki, biotibbi materiallar müasir biologiya, biotexnologiya, materialşünaslıq və tibbin qovşağında formalaşan, innovativ tibbi texnologiyaların inkişafında mühüm rol oynayan perspektivli elmi istiqamətlərdən biridir. Dünyada biomaterialların, regenerativ tibbin, implant texnologiyalarının və biosensorların sürətli inkişafı, səhiyyədə innovativ həllərə artan tələbat bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını zəruri edir. Bu baxımdan BDU-da “Biotibbi materiallar” ixtisaslaşmasının açılması həm elmi, həm də praktiki baxımdan xüsusi aktuallıq kəsb edir.

“Biotibbi materiallar” ixtisaslaşması Azərbaycanda ilk dəfə magistratura səviyyəsində tədris olunacaq. Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanmış proqram biomateriallar, regenerativ tibb, implantlar, biosensorlar və innovativ tibbi texnologiyalar sahəsində peşəkar mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Magistrantlar biomaterialların layihələndirilməsi, sintezi, analizi və tibbi tətbiqləri üzrə fundamental nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər.

Tədris prosesində tələbələr BDU-nun müasir elmi laboratoriyalarında tədqiqat aparmaq, qabaqcıl laboratoriya avadanlığı ilə işləmək, beynəlxalq elmi layihələrdə və əməkdaşlıq proqramlarında iştirak etmək, eləcə də doktorantura təhsilinə hazırlıq imkanları əldə edəcəklər. Təhsil proqramı innovativ yanaşmalar və müasir elmi metodlar əsasında həyata keçiriləcək.

“Biotibbi materiallar” ixtisaslaşmasının məzunları elmi-tədqiqat institutları və ali təhsil müəssisələri, biotexnologiya və əczaçılıq şirkətləri, tibbi cihaz və biomaterial istehsalı müəssisələri, klinik laboratoriyalar və diaqnostika mərkəzləri, dövlət və özəl innovasiya layihələri, eləcə də biologiya, biotexnologiya və səhiyyə sahəsində fəaliyyət göstərən müxtəlif qurumlarda uğurla çalışa biləcəklər. Onlar, həmçinin yerli və beynəlxalq doktorantura proqramlarında təhsillərini davam etdirmək imkanı qazanacaqlar.

Yeni magistratura ixtisaslaşmasının yaradılması ölkədə biologiya və biotexnologiya sahəsində elmi potensialın gücləndirilməsinə, innovativ texnologiyaların inkişafına və əmək bazarının müasir tələblərinə cavab verən rəqabətqabiliyyətli yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verəcək.

Əvvəlki Yazı

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq

Növbəti Yazı

“Yüksəliş” müsabiqəsinin ekspert heyəti üçün təlimlərə başlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.