İyul 2, 2026-21:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Yüksəliş” müsabiqəsinin ekspert heyəti üçün təlimlərə başlanılıb

2026:07:02 - 16:09
in SOSİAL
A A

“Yüksəliş” müsabiqəsinin işçi qrupu tərəfindən ekspert heyətinin iştirakı ilə təlimlərə başlanılıb.

Müsabiqənin işçi qrupundan AZƏRTAC-a bildirilib ki, təlimlərin əsas məqsədi yarımfinal mərhələsi öncəsi qiymətləndirmə prosesinin daha səmərəli və şəffaf şəkildə təşkili, iştirakçıların səriştələrinin obyektiv şəkildə dəyərləndirilməsini təmin etməkdir.

Bu barədə AZƏRTAC-a müsabiqənin işçi qrupundan məlumat verilib. Təlimin ilk günündə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edib. O, qiymətləndirmə prosesində iştirak edəcək ekspertlərə uğurlar arzulayaraq onların üzərinə düşən məsuliyyətli və həlledici rolu vurğulayıb. Bildirilib ki, ekspertlərin obyektiv və peşəkar yanaşması müsabiqənin növbəti qaliblərinin müəyyənləşdirilməsində əhəmiyyətli amil olacaq.

Üç gün davam edəcək təlimlərdə 100-ə yaxın ekspert iştirak edir. Təlim prosesi yarımfinal və final mərhələlərinin formatına uyğun şəkildə təşkil olunub. Ekspertlər real imtahan mühitinə yaxın simulyasiya olunmuş situasiyalar üzərindən iştirakçıların bacarıqlarını qiymətləndirəcək, eyni zamanda, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə ətraflı məlumatlandırılacaqlar.

Xatırladaq ki, fevralın 16-sından martın 5-dək VI “Yüksəliş” müsabiqəsi üzrə ekspert qeydiyyatı aparılıb. Qeydiyyatdan keçən 464 nəfər namizəd CV skrininq, verbal təhlil, videotest və müsahibə olmaqla 3 mərhələ üzrə qiymətləndirildi. Nəticədə yarımfinal mərhələlərində iştirak etmək üçün 96 ekspert seçildi.

Ekspert heyətinə psixoloji qiymətləndirmə sahəsində təcrübəli mütəxəssislər, dövlət qurumları və özəl sektorun insan resursları üzrə peşəkar nümayəndələri daxildir.

Yarımfinal mərhələsində iştirakçıların aşağıdakı 9 əsas səriştə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) üzrə qiymətləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, altıncı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi iyulun 3-5-də Bakı Ekspo Mərkəzində keçiriləcək. Müsabiqənin əvvəlki mərhələlərini uğurla başa vuran 331 nəfər namizəd yarımfinalda iştirak etmək hüququ qazanıb.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2025-ci il dekabrın 10-da Sərəncam imzalanıb.

Əvvəlki Yazı

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır

Növbəti Yazı

Mustafa Şabanov: Füzulinin irsi ilə bağlı yeni əlyazma aşkar edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.