Bakı Dövlət Universitetinin (BDU), Elm və Təhsil Nazirliyinin tabeliyindəki bir sıra institutların və Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının doktoranturasına qəbul üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplamış və beynəlxalq dil sertifikatı təsdiqlənmiş iddiaçılar üçün fəlsəfə fənnindən imtahanlar sentyabrın 2-4-də BDU-nun 2 nömrəli tədris binasının 305 və 309 nömrəli auditoriyalarında təşkil ediləcək.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Ətraflı məlumatı linkdən əldə etmək olar.
İddiaçılardan imtahana gələrkən şəxsiyyəti təsdiqləyən sənədin əslini təqdim etmələri tələb olunur.
