Milli Kitabxanada ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevin anadan olmasının 95 illiyi münasibətilə “Akademik Bəkir Nəbiyev – 95” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə rəsmi sənədlər, akademik Bəkir Nəbiyevin əsərləri, tərtibçisi, redaktoru, rəyçi və məsləhətçisi olduğu, “Ön söz” yazdığı kitablar, həmçinin akademikin şəxsiyyəti və yaradıcılığı, elmi irsi haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
