İyul 8, 2026-21:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-nun Geologiya fakültəsində magistratura səviyyəsində yeni ixtisaslaşma açılır

2026:07:08 - 16:00
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində “Petrologiya” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Petrologiya” geologiya elminin fundamental istiqamətlərindən biri olub, maqmatik, metamorfik və çökmə süxurların tərkibinin, quruluşunun, təsnifatının, yayılma qanunauyğunluqlarının və əmələgəlmə şəraitinin öyrənilməsi ilə məşğul olur. Bu elm Yer qabığında və mantiyada baş verən geoloji proseslərin mahiyyətinin araşdırılması əsasında Yerin geoloji inkişaf tarixinin, geodinamik təkamülün və faydalı qazıntı yataqlarının yaranma qanunauyğunluqlarının elmi izahında böyük əhəmiyyət kəsb edir. İxtisaslaşmanın əsas məqsədi magistrantlara süxurların əmələgəlmə mexanizmləri, mineral və kimyəvi tərkibi, struktur və tekstur xüsusiyyətləri, geodinamik mühitlə əlaqələri haqqında dərin nəzəri biliklər vermək, müasir analitik üsullardan istifadə etməklə süxurların genezini müəyyən edə bilən və geoloji prosesləri kompleks şəkildə təhlil edən yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.

Bu ixtisaslaşma magistrantlara süxurların genezisi, əmələgəlmə mexanizmləri, mineralogiyası, petroqrafik, geokimyəvi və struktur-textur xüsusiyyətləri, həmçinin onların müxtəlif geodinamik mühitlərlə əlaqələri haqqında dərin nəzəri biliklər və praktik bacarıqlar qazandıracaq. Proqram çərçivəsində magistrantlar müasir petroqrafik, mineraloji, geokimyəvi və analitik tədqiqat metodlarından istifadə etməklə süxurların mənşəyini müəyyənləşdirmək, onların formalaşma şəraitini qiymətləndirmək və geoloji prosesləri kompleks şəkildə təhlil etmək bacarıqlarına yiyələnəcəklər.

Tədris proqramı iki mərhələdən ibarətdir. Birinci mərhələdə petrologiyanın nəzəri əsasları, maqmatik proseslərin ümumi qanunauyğunluqları, maqmanın yaranma mənbələri və mexanizmləri, maqmatik ərintilərin təkamülü, kristallaşma və kristallaşma diferensiasiyası, həmçinin maqmatik sistemlərdə likvasiya, assimilyasiya, hibridləşmə və uçucu komponentlərin rolu öyrədilir. İkinci mərhələdə isə maqmatik süxurların mineral və kimyəvi xüsusiyyətləri, təsnifatı, geoloji yerləşmə formaları, petrogenetik proseslər, mantiya və Yer qabığında baş verən geodinamik hadisələr, süxurların mənşəyi və təkamülü geniş şəkildə tədris olunur.

Təhsil müddətində magistrantlar petrogenetik modelləşdirmə, termodinamik hesablamalar, geokimyəvi və izotop məlumatlarının interpretasiyası, laborator analizlər, eksperimental petrologiya üsulları və müasir kompüter proqramlarından istifadə bacarıqlarına yiyələnəcəklər.

İxtisaslaşma üzrə magistrantlara “Elmi tədqiqat metodologiyası”, “Akademik yazı və elmi kommunikasiya”, “Maqmatizm, geodinamika və filizəmələgəlmə”, “Petrologiya”, “Azərbaycanın maqmatizmi”, “Azərbaycanın filiz yataqları”, “Kontinentlərin fəal kənarlarının maqmatizmi”, “Hidrotermal proseslərin filizliliyi”, “Maqmatik süxurların petrologiyası”, “Maqmatik proseslərin geokimyası”, “Metamorfik və metasomatik süxurların petrologiyası”, “Geokimyəvi məlumatların interpretasiyası” və “Metasomatoz və filizəmələgəlmə” fənləri tədris ediləcək.

Tədris proqramı magistrantların müstəqil elmi tədqiqat aparmaq, geoloji nümunələrin laborator analizini həyata keçirmək, süxurların genezini və geodinamik şəraitini müəyyən etmək bacarıqlarının formalaşdırılmasına yönəlib. Bu hazırlıq gələcək mütəxəssislərə geoloji xəritələşdirmə, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı, geokimyəvi tədqiqatlar, elmi-tədqiqat institutları, geoloji xidmət təşkilatları, müasir analitik laboratoriyalar və ali təhsil müəssisələrində uğurla fəaliyyət göstərmək imkanı yaradacaq.

Kursun sonunda magistrantlar istehsalat və pedaqoji təcrübə keçəcək, petrologiya sahəsində yüksəkixtisaslı mütəxəssis kimi məzun olacaqlar.

Əvvəlki Yazı

Təhsilin İnkişafı Fondu ilə Dünyagöz Xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Növbəti Yazı

Bir qrup diplomata diplomatik rütbələr verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.