İyul 26, 2026-0:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-nun müəllimi: Uzun müddət kiberməkanda vaxt keçirmək asılılıq və psixoloji problemlərə səbəb ola bilər

2026:07:24 - 15:31
in SOSİAL
A A

Son illər sosial mediada yeni fəaliyyət sahələri meydana gəlib. Bu fəaliyyət növlərinin bəziləri rəsmi peşə statusu almasa da maddi gəlir gətirir.

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müəllimi Aytən Mütəllimzadə AZƏRTAC-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Şəbəkə 2.0-ın yaranması ilə birtərəfli informasiya ötürülməsindən qarşılıqlı ünsiyyətə keçid olub. Sosial media yeni medianın bir hissəsi sayılsa da, onunla eyniləşdirilməməlidir – yeni media daha geniş anlayışdır. Müasir dövrümüzdə artıq sosial mediada jurnalistika sahəsində akademik təhsili olmayan şəxslərin də fəaliyyət göstərdiklərini müşahidə edirik.

Kibertəhlükəsizlik sahəsi real mühitdə olduğu kimi, virtual mühitdə də baş verən hüquq pozuntularını əhatə edir. Buna görə hüquq-mühafizə orqanlarında kibercinayətlərlə mübarizə aparan bölmələrin fəaliyyət göstərməsi zərurəti yaranır. Ölkəmizdə də son 5 ildə müvafiq dövlət qurumlarında kibertəhlükəsizlik üzrə şöbələr yaradılıb və bu sahədə gənc mütəxəssislər işə cəlb olunub.

Marketinq istiqamətləri arasında sosial media meneceri (SMM) hazırda hesabların aktiv saxlanması, məzmun paylaşılması, reklam və istifadəçi ilə ünsiyyət qurmaq kimi fəaliyyətləri əhatə edən populyar sahədir. Sosial media optimizasiyası (SMO) vasitəsilə sosial media platformaları axtarış sistemləri ilə əlaqələndirilir, istifadəçi məmnuniyyəti ölçülür və buna uyğun növbəti fəaliyyət planı qurulur. Axtarış sistemi optimizasiyası (SEO) bloqun axtarış sistemlərində görünməsi üçün başlıq, təsvir və açar sözlərin (metadata) düzgün tərtib olunmasını təmin edir. Axtarış sistemi marketinqi (SEM) buna əlavə olaraq ödənişli reklamları həyata keçirir.

Təsiredici marketinq (influenser marketinqi) sosial mediada tanınmış, böyük izləyici kütləsinə malik influenserlər vasitəsilə müəyyən məhsul və ya xidmətlərin tanıdıldığı, izləyicilərin isə onların nümunəsinə etibar edərək həmin məhsullara inandığı fəaliyyət istiqamətidir.

Blogerlik fəaliyyətinə öz sahəsində məzmun paylaşan, izləyici sayı ilə uğur qazanan şəxslər daxildir. Onlar müəyyən bir sosial media platformasında, müəyyən məzmun üzrə bloq açaraq fəaliyyətə başlayırlar. Fenomenlər isə təsadüfən sosial mediada şöhrət qazanan, bir müddət sonra isə bloqerlər və influenserlər kimi brendlərlə əməkdaşlığa başlayan şəxslərdir (“Tik-Tok” fenomenləri, “YouTube” fenomenləri və s.).

A.Mütəllimzadənin sözlərinə görə, müasir dövrdə sosial media gənclər üçün geniş iş imkanları yaratsa da, öz ilkin məqsədindən uzaqlaşıb. Uzun müddət kiberməkanda vaxt keçirmək asılılıq və psixoloji problemlərə səbəb ola bilər. Mütəxəssislər sosial medianın zərərli tərəflərinin olduğunu təsdiqləyir və maarifləndirilmənin vacibliyini vurğulayırlar. Son dövrlərdə artan kibertəhlükələr və kiberzorakılıq halları həm hüquqşünaslar, həm də psixoloqların narahatlığına səbəb olub. Yeniyetmə və gənclərə internet texnologiyalarından istifadə qadağası qoymaq doğru hesab edilmir. Onlara sosial mediada zərər görmədən necə doğru istifadə etmək üçün biliklər qazandırılmalı və müvafiq bacarıqlar formalaşdırılmalıdır. Alfa nəsil ilə mütəxəssislər tərəfindən təlimlər aparılmalı və sosial mediadan doğru istifadə etmək barədə zəruri məlumatlar təqdim edilməlidir. Xüsusiilə marketinq və informasiya texnologiyaları mütəxəssisləri, hüquqşünas və psixoloqlardan ibarət mültidisiplinar komanda yaradılmalı və bu sahədə müvafiq işlər görülməlidir. Preventiv tədbirlər çərçivəsində aparılan maarifləndirmə işləri və təlimlər Alfa nəslinin rəqəmsal mühitdə psixoloji və hüquqi baxımdan zərər görməməsi üçün əhəmiyyətlidir.

Əvvəlki Yazı

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub

Növbəti Yazı

PKTU-BMU Mühəndislik fakültəsi beynəlxalq təhsil və ikili diplom imkanı təqdim edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.